Azərbaycanda son sutkada 653 nəfər COVID-19-a yoluxub, 7 nəfər vəfat edib

20:05 14-01-2022 216

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 653 yeni yoluxma faktı qeydə alınıb, 488 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 624 208 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 607 885 nəfər müalicə olunaraq sağalıb, 8497 nəfər vəfat edib, aktiv xəstə sayı 7826 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 275, ötən müddət ərzində isə ümumilikdə 5 987 010 test aparılıb.

Bundan başqa, Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 28 613 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 702, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 939, buster doza üzrə vaksinasiya olunanların sayı isə 22 972 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 621 120, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 195 727, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 709 352, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 716 041 təşkil edir.