Mərkəzi Muğan Kollektoru ÖZƏLLƏŞDİRİLİB... - Görünəni budur...

22:42 22-04-2022 360

Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin ( ASC ) sturkturuna daxil olan qurumlarda baş verən qanunsuzluqlar, rüşvət və korrupsiya halları barədə Gündəlik-Bakı olaraq xeyli müddətdir ki, araşdırma yazıları dərc edirik.

 


Təkrarçılıq olmasın, cənab Prezident İlham Əliyev ASC-də baş verənləri qısa bir cümlə ilə belə bildirmişdi:

Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin verdiyi məlumata görə, su itkisi 40-50 faizdir, bu böyük rəqəmdir və bəzi hallarda su itkisi adı altında mənimsəmələr var.

Bəli, cənab Prezident konkret olaraq su itkisinin mənbəyini göstərib.

Əlbəttə, 40-50 faiz su itkisi az qala Xəzərin yarısı boyda su deməkdir. Bu necə itə, hara buxarlana bilər..?

ASC-nin tabeşiliyində olan Su idarələri hamısı suyu fermerlərə, sahibkarlara, iş adamlarına sataraq milyonlar qazanıblar.

Belə idarələrdən biri də İmişli rayonunun Qaradonlu kəndində yerləşən Mərkəzi Muğan Kollektorunun İstismarı İdarəsidir.

İdarənin rəisi Qasım Qasımovdur.

Qasım Qasımov rəhbərlik etdiyi dövlət müəssisəsinin texnikalarından şəxsi məqsədləri üçün istifadə edərək, külli miqdarda vəsait əldə edib.
Belə ki, Qasım Qasımov idarəyə məxsus texnikaları İmişlidə fəaliyyət göstərən qum-çınqıl karxanalarına qeyri-rəsmi icarəyə verərək 100 minlər qazanıb.

Əvəzində isə idarəyə məxsus kollektorlar uzun müddətdir ki, təmizlənmir, lil içərisindədir.

Elə bu səbəbdən də hər il fermerlər əkdikləri sahələrin suvarılmasında ciddi problemlər yaşayırlar. Hər il rayon ərazisində su qıtlığı yaşanır.
Bütün bunlar isə təsərrüfatlarda məhsuldarlığın aşağı düşməsinə səbəb olur.

Nəticədə isə dövlət başçısı cənab İlham Əliyevin dediyi ərzaq bolluğu siyasətini Qasım Qasımov kimi məmurlar qulaqardına vururlar.
Qasım Qasımovun cinayət əməlləri təkcə su satmaqla bitmir ee…

İdarəyə dövlət tərəfindən verilən ehtiyat hissələri, yanacaq, benzin və s rayonda fəaliyyət göstərən benzindoldurma məntəqələrinə, eyni zamanda ehtiyat hissələrinin satışını həyata keçirən mağazalara satılmaq üçün verilir.

Bu gün rayonda Qasım Qasımovun özünün böyük biznes şəbəkəsi var.

Onu da qeyd edək ki, İmişlidə fəaliyyət göstərən Regional Yol İdarəsinin rəisi Şükür Astanovla Qasım Qasımovun şərikli balıq biznesi var.
Bəli, bu iki dövlət məmurunun 10-a yaxın balıq yetişdirmə gölləri var. Bu göllərin suyunu isə Qasım Qasımov təmin edir.

Qasım Qasımov idarəyə məxsus olan texnikanı, avadanlıqları kağız üzərində silərək, başqa qurumlara verir.

Eyni zamanda dövlətin ayırdığı külli miqdarda vəsaiti mənimsəmək üçün saxta tenderlər keçirərək, müxtəlif MMC-lərdən “otkat” alır.

Qasım Qasımov rayonda fəaliyyət göstərən sahibkarlara, iş adamlarına, fermerlərə suyu özünün müəyyən etdiyi tariflə satır.

Və hər mövsümdə suyun qiymətini qaldırır. Bu isə sahibkarlar, fermerlər arasında narazılığa səbəb olur.

Vaxtilə Qasım Qasımovla bağlı baş vermiş məsələni də qeyd etməyə dəyər.

Belə ki, ASC-yə məxsus müəssisələrin rəhbərləri rayonda fəaliyyət göstərən bankların birindən müəyyən məbləğ Azərbaycan manatını 20 000 avroya dəyişdikləri haqqda mediada məlumat yayılmışdı. Guya həmin məbləğ yuxarılara çatdırılmalı imiş.
Bax, həmin xəbərdə adı ən çox hallandırılan şəxs Qasım Qasımov olub.

Bir sözlə, Qasım Qasımov rayonda oliqarx kimi tanınır.

Və icra başçıları dəyişsə də Qasım Qasımov hər dəfə rayonda icra başçılarının gözbağlayıcısı olub.

Və pul siyahılarının başında həmişə birinci yerə Qasım Qasımovun adı yazılıb.

Bütün bunlar azmış kimi Qasım Qasımov dövlət idarəsini öz şəxsi şirkəti kimi idarə edir.

Və uzaq-yaxın qohumlarının, dostlarının adını idarədə işçi kimi qeyd edərək hər ay onlara əmək haqqı verir.

Görəsən, Qasım Qasımovun bu cinayət əməllərindən SC-in yeni sədri cənab Zaur Mikayılovun xəbəri varmı..?

Yazıda müxtəlif saytların materiallarından istifadə olunmuşdur.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. //gundelik-baku.com//

 

XalqXeber.Az