Cüdoçularımız Avropa Kubokunun qalibi oldu - YENİLƏNİB

15:55 24-04-2022 585

Azərbaycan daha bir cüdoçusu Xorvatiyanın Dubrovnik şəhərində keçirilən Avropa Kubokunun qalibi olub.

 


100 kq-dan yuxarı çəkidə çıxış edən İmran Yusifov finalda qızıl medal qazanıb.

O, xorvatiyalı rəqibi Marsel Skaletsi məğlub edib. 

81 kq-da yarışan Hasil Cəfərov və 100 kq-da yer alan Adil Kərimli isə 3-cü yer uğrunda qarşılaşmalarda uduzaraq, medalsız qalıblar.

Beləliklə, Azərbaycan millisi Avropa Kubokunu 5 medalla başa vurub. İmran Yusifovla yanaşı, Zelim Tçkayev (81 kq), İsmayıl İbrahimov (66 kq) və Nəriman Mirzəyev (73 kq) qızıl, Nazir Talıbov (60 kq) isə bürünc medala sahib çıxıblar.

Qeyd edək ki, bundan əvvəl Azərbaycan cüdoçusu Zelim Tçkayev Xorvatiyanın Dubrovnik şəhərində keçirilən Avropa Kubokunda final görüşünə çıxıb.

81 kq çəki dərəcəsində mübarizə aparan idmançı italiyalı Titsiano Falkone ilə qarşılaşıb.

Rəqibini məğlub edən Tçkayev qızıl medal qazanıb.

xxx

16:24

Bu gün Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) cüdo üzrə milli komandasının üç üzvü Antalyada keçirilən Qran-Pri yarışında mübarizəyə qoşulub.

AMPK-dan bildiriblər ki, paracüdoçumuz Xatirə İsmiyeva (70 kq-dan yuxarı) yarışın finalına yüksəlib.

Turnirdə 90 kiloqram çəki dərəcəsində mübarizə aparan Saleh Sultanov bürünc medal uğrunda mübarizə aparacaq. Digər təmsilçimiz Aysel İmamverdiyeva (70 kq) rəqibinə məğlub olaraq mübarizəni dayandırıb.

Qeyd edək ki, ötən gün paracüdoçumuz Namiq Abaslı (73 kq) turnirin gümüş medalına layiq görülüb.