Şirvan MERO-nun təzə rəisi Anar Cəfərov “köhnə bazara təzə NIRX” qoyur...- Yeni rəis “köhnə makler”ləri “təzələyib” və qiymətləri qaldırıb ?

17:35 25-04-2022 369

Məlumdur ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Baş Dövlət Yol Polis İdarəsinin (BDYPİ) Şirvan şəhərində yerləşən 4 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsinə ("MERO") yeni rəis təyin edib.

 


Yeni rəis polis polkovnik-leytenantı Anar Cəfərov bu təyinatadək BDYPİ-nin qeydiyyat-imtahan idarəsində çalışıb.
Belə demək mümkündürsə Anar Cəfərov qeydiyyat-imtahan məsələsində “böyük staja” malikdir.
Öncə “MERO” dediyimiz qurumlarda baş verən problemlərə nəzər salaq.
Bu qurumda sürücülük vəsiqəsi almaq istsəyənlər mütləq “prava maklerləri” ilə sövdələşməlidir...
Düzdür, ölkədə korrupsiyaya qarşı ciddi mübarizə gedir, amma MERO-larda bu hiss olunmur. Yəni MERO-lar köhnə qayda ilə işlərinə davam edirlər. Rüşvət vermədən “prava” almaq müşkül məsələdir.
“Prava maklerləri” isə özlərinin keflərinə uyğun olaraq qiyməti 1300 manat, bəzən 1400 manat, hətta 1500 manat müəyyən edirlər. Bu məsələdə kənar şəxs ola bilməz. Maklerlər hamısı “MERO” rəisinin öz inandığı, etibar etdiyi şəxslərdir. Hətta rayonların “MERO” rəisləri dəyişəndə “maklerlər” də dəyişir və “yeni komanda” yaranır. Bu “bazarlıq” vətəndaşlarda ciddi narazılıq yaradır.
Hətta konkret şikayətçilər var ki, sualları cavablandırsa da ona sürücülük vəsiqəsi verilmir. Bu MERO-ların qızıl qaydasıdır.
Digər bir şikayətçi isə qeyd edir ki, mən pul vermədiyimə görə, suallara cavab vermək üçün istədiyim kompüteri seçə bilmərəm. Mütləq MERO əməkdaşının dediyi kompüterin arxasında əyləşməliyəm. Və imtahandan kəsilməliyəm. Yəni kompüter-filan boş şeydir, pulunu ver, “prava”nı al.
Digər şikayətçi qeyd edir ki, sənədlər yığılır, arasındakı pulla bərabər MERO rəisinin kabinetinə aparılır.
Bunlardan əlavə MERO-larda maşınların texniki baxışı üçün rüşvət alınır. Eyni zamanda öz avtomobili üçün nömrə almaq istəyən vətəndaşlardan dövlət rüsumundan əlavə rüşvət də alınır. Bahalı nömrələr isə öz yerində.
Bir sözlə, ölkədə korrupsiyaya qarşı mübarizə gedir, MERO-larda isə rüşvət və korrupsiya çiçəklənir.
Şirvan MERO-nun yeni rəisinə gəldikdə isə yuxarıda əbəs yerə qeyd etmədik ki, Anar Cəfərov qeydiyyat-imtahan məsələsində “böyük staja” malikdir.
Məlumatlı mənbənin ""Gündəlik Bakı""ya dediyinə görə, yeni rəisi gələn kimi köhnə “prava makler”lərini “təzələyib”, qiymətləri qaldırıb. Yəni KÖHNƏ HAMAM TƏZƏ TAS...
Təzə rəis özü ilə bərabər 4 saylı Şirvan MERO-ya təzə qaydalar gətirib. Atalar demişkən, köhnə bazara təzə NIRX qoyub.
gundelik baki.com
Teref.az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az

 

XalqXeber.Az