Bakıda motosikletçini döyən məmur SAXLANILDI

15:59 26-04-2022 270

Dünən Bakıda motosiklet sürücüsünü döyən Sultan Dadaşov saxlanılıb.

 

Onun barəsində inzibati protokol tərtib edilib və baxılması üçün Yasamal rayon Məhkəməsinə göndərilib. Məhkəmə bu gün Sultan Dadaşov barəsində qərar verəcək.

Qeyd edək ki, S.Dadaşov əvvəllər Prezident Sarayının təminat şöbəsinin müdiri olub. O, 2022-ci ilin əvvəlində vəzifəsindən azad olunaraq Prezidentin İşlər İdarəsində inzibati xarakterli sıravi işə keçirilib.