SOS: `Azərlotereya` minlərlə insanı bədbəxt edir - küçə qumarına təşviq...

18:11 27-04-2022 234

Ölkədə əhali arasında daha çox məşhur olan lotereyalar “Qızıl 4”, “Şans ulduzu” və “Brilliant” lotereyalarıdır. 

Xalqxeber.az anaxeber.info-ya istinadla bildirir ki, bu lotereyaların qiymətləri ardıcıl olaraq 1, 2 və 5 manat təşkil edir. Artıq bir neçə gündür ki, qiyməti 10 manat olan daha bir “40 000 000 Pul Yağışı” adlı lotereya da satışa çıxarılıb. Bu biletdə maksimal uduş 200.000 manat təşkil edir. Bəs, görəsən 90-cı illərin əvvələrində çörək növbəsinə dayanan insanlar kimi indi də lotereya almaq növbəsinə dayanan insanlar doğrudanmı bu lotereyalarda nə isə uda bilirlər? Yeri gəlmişkən əksər deputatlar xeyli vaxtdır çağırış edir, "Azərlotereya" ilə bağlı tədbir görməyi vacib sayırlar. Maraqlıdır ki, Azerlotereya rəsmi səhifəsində udulan böyük məbləğlər barədə məlumatlar versə də, çox vaxt qalib olan şəxslərin adlarını açıqlamır. Qurumun bu addımı isə əksər insanlarda şübhələr yaradır. Azərbaycanda kazino və qumar hələ mərhum prezident Heydər Əliyevin dövründən qadağan olunub. Bu qumarın təşkili məsuliyyət yaradır. Lakin “Azərlotereya” ASC Bakı küçələrini qumarxanalara çevirib. Şəhərdə total şəkildə “Poz qazan” qumarı gedir. Paytaxtın hansı nöqtəsinə getsən, bu oyunları görmək mümkündür. Küçə ticarətinin, səyyar satışın qadağan edildiyi ölkədə “Azərlotereya” rahatlıqla öz qumar məntəqələrini qurub. Beləcə, Azərlotereya kasıb əhalini qumara təşviq edərək evini yıxmaqla məşğuldur. Əksər metrostansiyaların çıxışlarında, bazarlarda, müxtəlif ünvanlarda insanlar sonuncu qəpiyini də verib “Top qazan” alırlar. Əlbəttə, deyilə bilər ki, bu bir şans oyunudur, amma kuponların 80- 90 faizində uduş yoxdursa, deməli, “Azərlotereya” insanları aldadır, soyur, məqsədli şəkildə cibinə girir və sadəcə bəzi adamlar təsadüfən udurlar. Onlar da uduşa qədər dəfələrlə uduzan adamlar olur ki, itirilmiş pulun bir qismini çıxarmağa sevinirlər. Hər gün 10 insandan azı 5 nəfəri ayaq saxlayıb maraqlanır. Amma əksəriyyəti də bu tələyə düşür, nəticədə milyonlar dövr edir və qazanan məhz “Poz qazan” təşkil edənlər olur. Görəsən küçələrdə kasıb təbəqəni bu işə təşviq və cəlb etməyin adı nədir? Ümumiyyətlə, bütün dünyada lotereya var. Bu kasıb ölkələrdə lap dəhşətdir. İnsanlar ümidlərini lotereyaya bağlayırlar, evlərini-eşiklərini uduzurlar. İndi hərə bir lotereya düzəldir, “Poz Qazan”, “Misli.az” yalandan da deyirlər ki, qonşum 20 min uddu, xalamoğlu 40 min uddu və sairə. Belə hallar yaşanır. Lotereya Amerikadan tumuş Almaniyaya qədər dünyanın hər yerində var. Amma bizdə biraz şitini çıxarıblar. Lotoreya belədir ki, onun 70-80% uduşa vurulur, yığılan pulun vergisi verilir, 20%-ni özü qazanır. Bizdə 10%-ni uduşa buraxırlar, qalanını özləri qazanırlar.