Nazirlər kabineti prezidentin fərmanını sabotaj edərək savadlılıq səviyyəsini aşağı salır - NARAZILIQ!

18:32 27-04-2022 252

Ötən ilin sonlarında Milli Məclis və Prezident Administrasiyası 1 yanvar 2022-ci il tarixindən etibarən elektron kitablar istisna olmaqla, kitab idxalının və istehsalının ƏDV ödənişindən azad edildiyi barədə məlumat yayıb. Əlavə edilib ki, ƏDV-dən azad olunan kitabların siyahısını müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən orqan təsdiq edir. Dərslik komplektlərinin, bu məhsulun istehsalı üçün rulon və ya vərəqə şəklində kağızın idxalıı zamanı ƏDV tutulmayacaq. Bundan başqa, çap KİV-lərinin buraxılması və kitab nəşri üzrə redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti (reklam xidmətləri istisna olmaqla) ƏDV-dən azad olunacaq.

 


İlin dördüncü ayı başa çatmaq üzrədir, amma kitab nəşriyyatçılarından 2021-ci ildəki ilə eyni vergiləri ödəməyi tələb edirlər. “Əli və Nino” nəşriyyatının sahibi Nigar Köçərli FB-də Vergi Xidmətinə, Nazirlər Kabinetinə və Dövlət Gömrük Komitəsinə dəfələrlə müraciət etməsinə baxmayaraq, ƏDV ödəməyə məcbur edildiklərini bildirir. “Nazirlər kabineti və gömrük müraciətlərimizə ümumiyyətlə məhəl qoymur, Vergi Xidməti standart olaraq Nazirlər Kabineti tərəfindən təsdiq olunacaq hansısa kitab siyahısını gözlədiyi barədə cavab verir. Məsələ ondadır ki, qanunda “icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş kitablar siyahısı” ifadəsi var”, deyə N.Köçərli əlavə edir.

“Qanun” nəşriyyatının sahibi Şahbaz Xuduoğlu Turan-a məktubunda təəcübünü ifadə edir: necə ola bilər ki, qanun qəbul edilib, amma dövlət orqanları ona məhəl qoymur? “Prezident 18% vergidən azad edilmə haqqında fərman imzalayıb. Amma dövlət idarələrinə getdikdə bizdən ƏDV tələb edirlər. Nə baş verir, idarələr fərmanı saymır, ya fərman baş aldatmaq üçün qəbul edilib?

Turan Dövlət Gömrük Komitəsinə və Vergi Xidmətinə yazılı sorğular göndərib. Qanunun tələb etdiyi cavablar verilməyib. N.Köçərli iki rəsmi cavab alıb. Vergi Xidmətinin məktublarında vergidən azad edilmə haqqında fərmanın olduğu təsdiq edilir, amma xidmət xatırladır ki, fərmanda “müvafiq icra hakimiyyəti orqanı tərəfindən” hazırlanmış siyahıdakı kitabların vergidən azad edildiyi deyilir. Bu orqan kimi Nazirlər Kabinetinin müəyyən edildiyi qeyd edilir. Siyahının hazırlanması üçün üç ay ayrılıb. Aprel başa çatdığına, siyahının isə hələ hazır olmadığına görə, göründüyü qədər, nəşriyyatçılar ziyana uğrayacaqlar.

Köçərli “kitabların siyahısının” hazırlanması metodologiyasının aydın olmamasına və heç yerdə hansı meyarlarla bir çap məhsulunun ƏDV-dən azad ediləcəyi, digər məhsulun nəşrinin isə vergi ödəmək zərurəti ilə əlaqədar baha başa gələcəyi açıqlanmır. “Məsələn, Çexova ƏDV alınacaq, Folknerə yox? Dünyada hər gün yüz minlərlə yeni kitab dərc olunur. Nazirlər Kabineti məktublarımıza cavab verməyə belə vaxt tapmırsa, onları necə “təsdiq edəcək””? – deyə Köçərli sual edir.

Kitab nəşriyyatçıları ictimaiyyəti prezidentin fərmanının müdafiəsinə qalxmağa çağırır. Yazıçılar müsahibələrində deyirlər ki, yerli və idxal kitabların bahalığı əhalinin savadlılıq səviyyəsini aşağı salır, valideynlər isə baha olduğu üçün məktəblilərə yeni dərslik ala bilmir. Prezidentin məntiqli fərmanı Nazirlər Kabinetinin birbaşa öhdəliklərini yerinə yetirə bilmədiyinə görə yerinə yetirilmir?

 

XalqXeber.Az