Azərbaycanın vəsaiti hesabına Moskvada tikilən universitet binası sahibsiz qalıb - Təhsil Nazirliyi imtina etdi..

18:56 28-04-2022 243

Təhsil Nazirliyi tərəfindən 2010-cu ildən  ABU-nun fəaliyyətinə verilmiş 30.06.2005-ci il tarixli 003283 â„–-li xüsusi razılığın (lisenziya) müddətinin uzadılmaması barədə qərar qəbul olunub. Beləliklə 2010-cu ildə Azərbaycan Beynəlxalq Universitetinin həm Azərbaycan həm də Moskva filialının fəaliyyəti dayandırılıb. 

 


AZİNFORM.AZ həmin dövrdə mətbuatda çap olunan məqalələrə istinadən xəbər verir ki, ABU-da oxuyan tələbələrin 97%-i diplomsuz qaldılar. Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev bir neçə maddə ilə Azərbaycan tərəfindən axtarışa verildi. Hazırda fəaliyyəti dayandırılan ABU-nun  rektoru Elşad Abdullayev Fransada  siyasi sığınacaq almağa çalışır. Buna nə qədər nail olduğu  məqaləmizin mövzusuna bir o qədər aidiyyatı olmasa da bildirmək istərdik ki, minlərlə tələbəni diplomsuz qoyan bu cinayətkar şəxs hal-hazırda Fransada yaşayır.

Fəaliyyəti dayandırılmış ABU-nun sözügedən filialı keçmiş təhsil naziri Misir Mərdonovun rəsmi məktubu əsasında yaradılıb və filialın yerləşdiyi ərazi hazırda Elşad Abdullayevin adına rəsmiləşdirilib. ABU-nun Moskva filialının inşası təqribən 10 milyon dollara başa gəlib. Rusiyada təhsil ocağı tikmək üçün deklarasiya tələb edildiyini nəzərə alsaq, binanın Elşad Abdullayevin şəxsi vəsaiti hesabına tikilməsi o vaxt ki, mühitdə qeyri-mümkün hesab edilir.. Elşad Abdullayev müvafiq deklarasiyanı doldurarkən 3 il ərzində (2007-ci ildə yaradılan filial 2010-cu ildə bağlanıb) xərclənən pulu Təhsil Nazirliyinin vəsaiti kimi təqdim edib.

Rusiya rəsmiləri məhz bunu əsas gətirərək rəsmi Bakıya ABU-nun Moskva filialına sahib çıxması ilə bağlı müraciət etsə də hazırkı Təhsil Naziri  Azərbaycanın milyonlarının xərcləndiyi əmlaka sahib çıxmaqdan imtina etdikdən sonra, ABU-nun Moskva filialının yerləşdiyi binanın sökülməsi ilə əlaqədar məhkəməyə müraciət ediblər. Məhkəmə prosesi davam edir.

Buradan belə bir sual yaranır. Dövlətin hesabına tikilmiş bir binanın və alınmış torpaq sahəsinin niyə Rusiya höküməti tərəfindən mənimsənilməsinə şərait yaradılır? Burada minlərlə tələbənin oxuması mümkündür. Hər hansı universitetin filialı kimi yenidən fəaliyyət etməsi də mümkündür. Bundan əlavə satılaraq dövlət büdcəsinə əlavə edilməsinə maraq göstərilməsi üçün kifayət qədər böyük bir məbləğdən söhbət edirik. 

Elşad Abdullayevin mənimsədiyi pulların tələbələrə qaytarılması üçün addımlar atılmalıdır. Bağlanan universitetin 5 mindən artıq tələbəsinin diplomsuz qalmasına Elşad Abdullayev günahkardır. 

Orqan alverçisi, diplomsuz bir toplum formalaşdırmaq istəyən əqidəsiz bir "hüquqşünas" Azərbaycan tərəfindən Beynəlxalq axtarışa da verilib. Onun bütün mülkləri müsadirə olunmalı və dövlətin vəsaitinin mənimsənilməsinə dair məhkəmədə cavab verməlidir.

Bununla bağlı  faktlara söykənən növbəti yazıllarımız  olacaq...


 

XalqXeber.Az