Kənd Təsərrüfatının TƏNƏZZÜLÜ EHTİVA EDƏN İNAMI... - BUNUN BAŞQA ADI YOXDUR...

20:31 29-04-2022 270

4 ildir kənd təsərrüfatı naziri olan İnam İmdad oğlu Kərimovun fəaliyyətinə nəzər salanda təəccüblənməmək olmur.

 Birincisi ondan başlayaq ki, İnam Kərimov kimdir, nəçidir, keçmişi nə olub, haralarda çalışıb və s..?
Bu adam Seyid Cəfər Pişəvəri adına humanitar gimnaziyanı bitirib.
Bilməyənlər üçün deyək ki, bu gimnaziya şagirdlərə fars dilini öyrədir. Yəni yeniyetmə İnam gələcəkdə fars dili üzrə yaxşı tərcüməçi ola bilərdi. Amma...
Əmması odur ki, fars dilini öyrənən İnam Kərimov hara, aqrar sahə, kənd təsərrüfatı, loru dildə desək, qoyun-quzu, barama, tütün, mal-qara, kartof-soğan hara..?
Məsələyə ciddi yanaşmaq lazımdır.
Bu adam, hətta texniki gimnaziyanı deyil, məhz humanitar gimnaziyanı bitirb. Yəni humanitar sahəyə meyilli olub.
Sonradan özünün yazdığı tərcümeyi-halından bəlli olur ki, İnam Kərimov BDU-nun Beynəlxalq hüquq fakültəsini bitirib.
İndi özünüz düşünün. Əvvəl fars dilini öyrənib, sonra beynəlxalq hüquq üzrə təhsil alıb, yəni diplomat.
Axı, fars dili müəlliminin, yaxud beynəlxalq diplomatın aqrar sahəyə rəhbərlik etməsi nə dərəcədə məntiqlidir..?
İnam Kərimov kənd təsərrüfatı naziri olmazdan öncə
Azərbaycanın Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, yəni ASAN Xidmətin 1-ci sədri (2012–2018).
Əlbəttə, ASAN Xidmətlə Kənd Təsərrüfatı Nazirliyini eyniləşdirmək olmaz.
Aqrar sahə spesifik sahədir, bu sahəni idarə etmək üçün illərin təcrübəsi lazımdır.
Bəli, İnam Kərimov hər şeyə populist yanaşdığı üçün nazir olan kimi kənd rayonlarına səfər edib qucağına quzu alıb şəkil çəkdirməklə, elə bildir ki, aqrar sahə inkişaf edəcək.
Amma quzu ilə şəkil çəkdirməklə, məsələ həll olunmur, cənab İnam Kərimov...
Hamıya məlumdur ki, Azərbaycan yüz illərdir ki, aqrar ölkədir, əsas istehsalımız kənd təsərrafatı məhsullarıdır.
Ulu Öndər Heydər Əliyevin 1-ci hakimiyyəti illərində Azərbaycan 100 min tonlarla pambıq, tütün, barama, çay və s istehsal edirdi..?
Bəs, 4 ildir kənd təsərrüfatı naziri olan İnam Kərimov bu sahədə bircə addım ata bilibmi..?
Birincisi, ondan başlayaq ki, açıq demək lazımdır ki, İnam Kərimov qədər aqrar sahəyə ziyan vuran ikinci nazir olmayıb.
Bu adam, uzun illər kənd təsərrüfatı sahəsində çalışan alimləri, təcrübəli mütəxəssisləri işdən uzaqlaşdıraraq, öz dost-tanışlarını, tələbə yoldaşlarını nazirliyə vəzifələrə təyin edib.
Təsəvvür edirsiniz aqrar sahəni, baytarlığı, fitosanitariyanı, pambıqçılığı, üzümçülüyü və s dərindən bilən mütəxəssislərin yerinə tarix, coğrafiya müəllimlərini işə götürüblər.
Belə olan halda aqrar sahədə hansı inkişafdan danışmaq olar..?
Bu gün Azərbaycanda kartofun, soğanın qiyməti dəfələrlə bahalaşıb.
Axı, kasıb təbəqənin yeməyi kartof, soğan və çörəkdir.
İndi İnam Kərimov deyir ki, bəs Pakistandan, nə bilim İrandan kartof gətir və s.
Adam, səni nazir təyin edəndə dedilər ki, post neft dövrünə ölkəni hazırlamaq lazımdır, yəni nə vaxtsa neft-qaz istehsalı azalarsa, ölkə özünü ərzaq məhsulları ilə təmin edə bilsin.
İndi məlum olur ki, yaxın aylarda kənd təsərrüfatı məhsullarının qiyməti rekord həddə çatacaq.
Bəli, nazir İnam Kərimovdan soruşan lazımdır ki, son 4 ildə dövlətin fermerlərə, sahibkarlara ayırdığı 100 milyonlarla subsidiya hara xərclənib..?
Əlbəttə, İnam Kərimovun dostları o boyda subsidiyanın heç 30 faizini də fermerlərə verməyiblər..
Bəs belə olan halda aqrar sahə necə inkişaf edə bilərdi..?
İnam Kərimovun çevrəsində olan dostları tender adı altında dövlətin 100 milyonlarını özlərinə yaxın şirkətlərə köçürüb “otkat” alaraq milyonlar qazanırlar.
İnam Kərimovdan soruşmaq lazımdır ki, dövlətin hesabına fermerlərə verilən gübrələri, texniki avadanlıqları neçəyə satırsan..?
İnam Kərimov hər yerə deyirsən ki, fars, ingilis dilini əla bilirəm.
Sən bu dilləri bilə bilərsən ee, ancaq sən kəndlinin, qoyunun, quzunun, əkinçinin dilini bilmirsən.
Bax, əsas problem budur. Qalanı detallardır.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.  

XalqXeber.Az