"Bütün bunlar qeyri-qanunidir" - İlham Əliyev

20:35 29-04-2022 315

Bu cür ənənəvi görüşlər bizim planlarımızı və məqsədlərimizi, görülən işləri beynəlxalq ictimaiyyətə çatdırmaq baxımından çox əhəmiyyətlidir.

 


Bu barədə Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda bildirib.

Dövlətimizin başçısı deyib: “Ermənilər tərəfindən 30 ilə yaxın davam edən işğal ərzində bütün şəhərlərimiz və kəndlərimizdə barbarlıq və vandalizm aktlarını həyata keçirilib, bütün şəhər və kəndlər dağıdılıb. Şuşa, Zəngilan və digər rayonların ərazilərinə ermənilərin köçürülməsi halları da olub ki, bütün bunlar qeyri–qanunidir”.

Prezident qeyd edib ki, hazırda Azərbaycan öz maliyyəsi hesabına, həmçinin digər aparıcı beynəlxalq təşkilatların dəstəyi ilə genişmiqyaslı infrastruktur layihələri icra edir.