Nazir nöqsanlara görə işdən çıxardığı rəisə yeni VƏZİFƏ VERDİ

21:59 30-04-2022 252

Daxili işlər orqanlarında nöqsanlarına görə işdən azad edilən rəislə bağlı yeni təyinat olub.

 


Proqnoz.com Oxu.Az-a istinadən  xəbər verir ki, bu barədə müvafiq əmr imzalanıb. 

Nazirin əmri ilə, Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci polis bölməsinin işdən azad edilən rəisi, polis mayoru Aqşin Əhmədov Xəzər Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinə əməliyyat müvəkkili təyin edilib.

Qeyd edək ki, bir müddət əvvəl Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci polis bölməsinin rəisi, polis mayoru Aqşin Əhmədov xidmətdə yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilmişdi.