Gəncədə yeni Ağsaqallar şurası yoxsa, `QUDALAR KOMANDASI`... - QOCA MÜƏMMA...

22:11 30-04-2022 261

Bildiyiniz kimi, aprelin 20-də Gəncə Şəhər İcra Hakimiyyətində Şəhər Ağsaqqallar Şurasının konfransı baş tutub. Və bu barədə xəbərdə deyilirdi ki, İHB-də baş tutmuş toplantıda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Respublika Ağsaqqallar Şurası sədrinin birinci müavini Bayram Yusifov, AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, Gəncə şəhər Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləri iştirak ediblər.

 

Konfrans çərçivəsində Gəncə şəhər Ağsaqqallar Şurasının keçmiş sədri, mərhum Xalid Qurbanovu ADAU-nun professoru Nurəddin Məmmədov əvəz edib. Bundan başqa, şuranın idarə heyətinə bir neçə şəxsin üzvlüyü təsdiq edilib.

Xalqxeber.az xəbər verir ki, Demokratik.Az-a daxil olan məlumata görə, Gəncə ağsaqqallarından bir çoxunun bu şuranın fəaliyyəti barədə uzaqdan-yaxından ilgisi və məlumatı yoxdur. Onlar şəhər ağsaqqalların problemləri istiqamətində təşəbbüs və iştirakçılıqdan uzaqda saxlanılır. Eləcə də, bir neçə adının açıqlanmasını istəməyən yaşlı şəhər sakinləri yeni şuranın qaydalardan kənar formalaşdığını qəbul etmir, yeni tərkibdə bir-birlərilə qudalıq-qohumluq əlaqələri olan şəxslərin şuranın idarə heyətində cəmləşdiyinə etiraz edirlər. Eləcə də yeni şurada əksər təmsilçilərin ADAU-nun müəllimləri olması, müxtəlif elmi vəzifə daşımaları maraq doğurur.

Demokratik.Az-a istinadla Gəncə Ağsaqallar Şurasının (bundan sonra - AŞ) yeni tərkibini diqqətinizə çatdırırıq:

Şuranın sədri - Nürəddin Məmmədov (ADAU-nun professoru)

Birdən-birə ortaya çıxan, sədrin istəyilə təyinatlı idarə heyəti üzvləri;

Qəmbər Abdullayev (ADAU-nun professoru) - Sədrin qudası;
Valeh Rüstəmov (sabiq məktəb direktoru) - Sədrin qudasının qudası;
Nüsrət Hüseynov (ADAU-nun sabiq şöbə müdiri) - Sədrin yaxın dostu;
Mobil İmanov (iş adamı) - Sədrin yaxın dostu;
Kamil Fətəliyev (Aqromexanika elmi-təhqiqat institutunun direktoru) - Sədrin yaxın dostu;
Əhəd Nəbiyev (ATU-nun müəllimi, professor) - Sədrin yaxın dostu;
Xəzangül Hüseynova (AYB-nin Gəncə Bölməsinin sədri);
Şuranın idarə heyətində loyal şəxs kimi görünən bircə AMEA-nın Gəncə bölməsinin rəhbəri Fuad Əliyev görünür ki, onun da kifayət qədər ictimai vəzifəsinin olması hər kəsə əyandır.

Onu da bildirək ki, yeni sədr mərhum Xalid Qurbanovun müavini olub. Lakin, nə özünü, nə də yeni formalaşdırdığı şura İH üzvlərini şəhər ağsaqqalları seçməyib. Ümumiyyətlə, Gəncə Ağsaqqallar Şurasına seçkilərin necə keçirilməsi, niyə məhz bütün Gəncəni əhatə etməməsi və adıkeçənlərin İH üzvləri ola bilməsi ictimaiyyətdə maraq doğurur.

 

XalqXeber.Az