“Fuad Hacıyev Bədən Tərbiyəsi Və İdman Akademiyasında 3,2 Milyon Manata HOVUZ TİKDİRİR”

22:37 30-04-2022 288

“Bədən Tərbiyəsi və İdman Akademiyası üzgüçülük hovuzunun yenidənqurulması işinin satınalınması üzrə tenderin qalibini açıqlayıb.”

 


 3 279 574 manatlıq tenderin qalibi “Qardaşlıq” MMC olub. Tərəflər arasında satınalma müqaviləsi bağlanılıb.

Onu da qeyd edək ki, 2020-ci ildə də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının ərazisində 3-cü tədris korpusunun tikinti işləri ilə balıda tender elan edilmişdi. Həmin tenderin qalibi isə “KAİZEN”” MMC olmuşdur. Akademiya qalib şirkətə 917 min 281 manat ödəyib.

Xatırladaq ki, Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyevin adı zamanla mətbuatda təmir və tikinti adı altında yüz minlərlə dövlət vəsaitini mənimsəməsi ilə bağlı məlumatlar yayılıb.

Mətbuatda yayılan həmin məlumatlarda qeyd edilib ki, rektor Fuad Hacıyev Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının yeməkxanasının təmir edilməsi üçün 3 dəfə pul ayırıb.

Birinci dəfə 119 min 768 manat vəsait yeməkxananın təmiri üçün ayrılıb. Və təmiri “Kleon” MMC adlı şirkət həyata keçirib. Bunun ardından yeməkxananın təmiri üçün ikinci dəfə 117 min 229 manatı “Sapfir” MMC-yə verib.

Rektor hətta üçüncü dəfə yeməkxananın təmiri üçün “Puta-2015” MMC-yə 103 min 479 manat vəsait ayırıb. Deməli, rektor xırda bir yeməkxananın təmirinə, nə az, nə çox, 119768 + 117229 + 103476 = 340 min 476 manat pul ayırıb.

Nəticədə isə rektor Fuad Hacıyev gənclərlə iş sahəsində səmərəli fəaliyyətinə, bədən tərbiyəsi və idmanın inkişafında xidmətinə görə 3-cü dərəcəli “Vətənə Xidmətə görə” ordeni alıb.”MillətinSəsi.info

 

XalqXeber.Az