"İsrailin Türkiyəyə ehtiyacı var" - Ərdoğan

22:40 30-04-2022 324

Təbii ki, İsrailin Türkiyəyə ehtiyacı var. Amma real olmaq lazımdır, bölgədəki hadisələr, xüsusən də sülh addımları baxımından bizim də onlara ehtiyacımız var.

 


Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistandan qayıdarkən yerli jurnalistlərə müsahibəsində deyib.

“Təbii ki, Hersoq kimi prezidentin İsrailə rəhbərlik etməsi bu münasibətlərdə sülhə doğru addımın atılmasında mühüm rol oynayıb. Ümid edirik ki, Baş nazirlə münasibətləri daha yaxşı mövqeyə gətirəcəyik. Təbii ki, Ramazan ayında bəzi ekstremist qrupların və radikal qrupların Əl-Əqsa məscidində törətdikləri iğtişaşlar bizi ciddi şəkildə narahat etdi”, - Ərdoğan qeyd edib.