Türkiyə səfirliyi Azərbaycan xalqını təbrik edib

22:54 02-05-2022 189

Türkiyənin ölkəmizdəki səfirliyi Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edib.

 
Bu barədə səfirliyin tviter hesabında təbrik mətni paylaşılıb.

“Bütün vətəndaşlarımızın və azərbaycanlı qardaşlarımızın Ramazan bayramı təbrik edir, bayramın hamıya sağlamlıq, xoşbəxtlik və əmin-amanlıq gətirməsini diləyirik”, - təbrikdə deyilir.