"Xaliq Faiqoğlu"nun Ramiz Mehdiyevə aidiyyatı varmı? - İDDİA

22:33 04-05-2022 171

Qısa məlumat üçün qeyd edək ki, 2002-ci ildə fiziki şəxs kimi Rusiya istehsalı olan az sayda Qazel markalı mikroavtobusla 65 saylı xətt üzrə xidmət göstərməyə başlayan şirkət , sonra 2004-cü ildə “Xaliq Faiqoğlu” MMC təsis etmiş və 50 ədəd xırdatutumlu Mercedes Benz markalı mikroavtobusları 18 və 65 saylı marşrut xəttləri üzrə istismara vermişdir.

 

2006-2007-ci illərdə iritutumlu 25 ədəd İveco Eurociti markalı avtobuslar 65 saylı marşrutda istismara buraxılmış əlavə 79 saylı marşrut xətti istifadəyə verilmişdi;
Sonrakı illərdə Türkiyə, Koreya istehsalı olan avtobusar istismara buraxılmışdır.
Yəni şirkətin qısa tarixçəsi haqqında bu qədər.
Şirkətin sahibi Faiq Seyidovun adı onun oğlu Xaliq Seyidovun 2014-ci ildə Bakıda qəza törədərək piyadanı vurub öldürməsi ilə gündəmə gəlib.
Sonra Faiq Seyidovun oğlu hansı yollasa, bu cinayət əməlindən canını qurtara bilmişdi.
Hələ 2014-cü ildə Faiq Seyidovun adı Prezident Administrasiyasının o zamankı rəhbəri Ramiz Mehdiyevlə birgə hallandı, hətta şərik olduqları mediada qeyd olundu.
Sonrakı illərdə Xaliq Faiqoğlunun adı keçmiş şəriki Azadxan Xanməmmədovun həbs olunması məsələsində hallandırıldı.
Daha sonra Xaliq Faiqoğlunun adı şəhid ailələrinin adına olan marşrut xətlərinin özününküləşdirməsində də çox hallanıb.
Biz Ramiz Mehdiyevin adını əbəs yerə çəkmədik.
Bəli, Gündəlik-Bakı dəfələrlə yazıb ki, Ramiz Mehdiyevin “oxrana”sının rəisi Təhməz bütün günü “Xaliq Faiqoğlu” şirkətinin ofisinin qabağında nə edir ?
Xaliq Faiqoğlunun adı daha nələrdə hallanmayıb..?
Gözü yaşlı ana fəryad edir ki, oğlum Xaliq Faiqoğlunun qarajında faciəli şəkildə ölüb:
“Hələ 18 yaşı tamam olmayan oğlum şirkətin qarajında elə ilk iş günü faciəli şəkildə ölüb. Şirkət isə deyir, oğlunu işə rəsmi qaydada götürməmişdik, ona görə də başına gələnlərin bizimlə əlaqəsi yoxdur”.
Zavallı ana deyir ki, mən onun işləməsinə razı deyildim, deyirdim, bu gün-sabah 18 yaşın tamam olacaq, əsgərliyə gedəcəksən, qayıdandan sonra işləyərsən:
“Mənə qulaq asmadı. Avqustun 11-də işdən gəldim, oğlum dedi ki, Təbriz üzbəüz qarajda özünə iş tapıb, bu gündən işə çıxıb. Həmin gün axşam saat 8-də getmişdi, işi də gecələr qaraja toplaşan avtobusları yuyub təmizləməkdən, dezinfeksiya etməkdən ibarət olub. Elə ilk iş günündə - bir neçə saatdan sonra Təbriz faciəli şəkildə dünyasını dəyişib”.
Təsəvvür edirsiniz, Xaliq Faiqoğlu hətta ölən cavan oğlana görə, onun ailəsinə quru başsağlığı da verməyib.
Zavallı ana hadisə yerindəki kameraların açılmasını tələb edir, amma cənab Faiqoğlu buna imkan vermir…
Bunlar hələ harasıdır..?
Xaliq Faiqoğlu şirkətindəki sürücüləri 44 günlük Qarabağ savaşında döyüş bölgəsinə xidmət üçün göndərib.
Həmin sürücülər bu günədək öz ezamiyyət xərclərini Xaliq Faiqoğludan ala bilmirlər.
Sözün qısası, Faiqoğlu şirkəti ilə bağlı problemlər yazmaqla bitən deyil.
Bu gün Gündəlik-Bakıya daxil olan məlumata görə, Xaliq Faiqoğlunun şirkətinə daxil olan avtobusların sərnişinləri ciddi etiraz ediblər ki, niyə avtobuslarda kondisioner işləmir.
Hətta sərnişinlər sürücülərə qarşı kəskin etirazlar ediblər.
Sürücülər isə deyir ki, bu barədə şirkətin sahibi Xaliq Faiqoğluna xəbər verəndə deyib ki, boş verin, mən kondisionerə pul xərcləyə bilmərəm.
Sözün qısası, Xaliq Faiqoğlu üçün qanun-filan yoxdur. Onun bir qanunu var, o da Ramiz Mehdiyevdir. Vəssəlam.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
P.S Hal-hazırda hava soyuq olsa da bir neçə gün öncə hava çox isti idi. //gundelik-baku.com//

 

XalqXeber.Az