Kaspi Təhsil Mərkəzi Əli Həsənovdan alındı — Qapısı möhürləndi

22:48 04-05-2022 225

Kaspi Təhsil Mərkəzinin Səbail rayonunda yerləşən binası möhürlənib.  

 


Xalqeber.az xəbər verir ki, bu barədə Demokrat.az məlumat yayıb. 

Bildirilib ki, bu günlərdə Səbail rayon İcra və probasiya şöbəsi əməkdaşları tərəfindən binanın icarədarları binadan çıxarılıb və binanın qapısı icra məmuru tərəfindən möhürlənib.  

Qeyd edək ki, Kaspi Təhsil Mərkəzi Prezident Administrasiyasının ləğv olunan ictimai-siyasi məsələlər şöbəsinin keçmiş müdiri Əli Həsənova məxsus olub.  

Əli Həsənov işdən çıxarılandan sonra icra məmurları tərəfindən ofisi möhürlənən bina icarəyə verilib. Son vaxtlar həmin binanın Əli Həsənovdan alınması barədə söz-söhbətlər dolaşsa da, bu rəsmi təsdiqini tapmırdı.
 
Amma bu günlərdə binanın qapısı icra məmurları tərəfindən möhürləməsi bir daha sübut edir ki, həmin bina Əli Həsənovdan alınıb.  

Xatırladaq ki, bir neçə il bundan əvvəl "Kaspi Liseyi Ümumtəhsil Məktəbi" MMC-nin baş mühasibi olmuş Tural Məmmədovun və mühasib Fərahim Möhbalıyev Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə araşdırıması keçirilib.

İttihamda yazılıb ki, 2018-ci ilin aprel-oktyabr aylarında 454 nəfər şagirdin təhsili üçün 1 milyon 366 min manat pul ödənilib. Ancaq Bu vəsaitin 564 minini baş mühasib və mühasib sistemə daxil etməyib, birlikdə mənimsəyib.

Adları çəkilən şəxslərə CM-in 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə) maddəsi əsasında ittiham verilib. 

Təqsirli bilinən şəxslər özlərini ittiham üzrə günahkar saymırdılar.

 

XalqXeber.Az