Avni Dəmirçini KİMLƏR MÜDAFİƏ EDİR? - İDDİA

22:49 04-05-2022 207
Xeyli vaxtdır ki, haqqında yazdığımız “Ziraat Bank”ın keçmiş müdiri və hazırda “patron”u kimi fəaliyyət göstərən Avni Dəmirçi ilə bağlı redaksiyamıza maraqlı məlumat daxil olub.
 
Daxil olan məlumatdan bəlli olur ki, Avni Dəımirçi bir neçə aydır ki, vətəni Türkiyəyə getmək istəsə də, dostları məsləhət bilmir.
Dostları Avni Dəmirçiyə bildirir ki, Türkiyəyə gələcəyin təqdirdə sənin həbsin qaçılmaz olacaq.
Ən dəhşətlisi odur ki, Avni Dəmirçinin Azərbaycanda da həbs olunması gözlənilir.
Bəli, neçə aydır ki, Avni Dəmirçinin Azərbaycanda həyata keçirdiyi çirkli pulların yuyulması, fermerlərə ayrılan subsidiyaların mənimsənilməsi ilə bağlı araşdırma yazıları dərc edirik.
Və Avni Dəmirçiyə ünvanladığımız sualların heç birinə cavab almırıq.
Amma, əvəzində Avni Dəmirçi medianı məhkəmə ilə hədələməkdə davam edir.
Biz aylar öncə Avni Dəmirçiyə yazdıq ki, Azərbaycanda etdiklərinin cüzi bir hissəsini vətənin Türkiyədə etsəydin…səni nələr gözləyərdi…
Biz dəfələrlə yazmışıq ki, bizi Avni Dəmirçi deyil, Azərbaycan dövlətinin maraqları düşündürür.
Söhbət ölkəmizdə fəaliyyət göstərən bankların dövlətimiz əleyhinə apardığı əməllərdən gedir.
Bəli, bu banklar vasitəsilə çirkli pullar yuyulur, ovşor zonalara külli miqdarda valyuta köçürülür, radikal müxalifət nümayəndələri maliyyələşdirilir, kütləvi aksiyalara dəstək verilir və s.
Yəni biz bu məsələyə çoxlarının düşündüyü kimi, sadəcə bank müstəvisindən yanaşmırıq.
Ona görə də biz bir media olaraq Avni Dəmirçi və onun saxtakarlıq törətmiş əlaltılarının əməllərinin ifşa olunması üçün axıradək mübarizə aparmaq fikrindəyik.
Digər tərfədən heç kimə sirr deyil ki, Avni Dəmirçi qardaş Türkiyənin, deməli həm də bizim düşmənimiz olan Fətullah Gülənin Azərbaycandakı nümayəndəsidir.
Bu adam bank sektorunda oturaraq Fətullah Gülənin buradakı göstərişlərini yerinə yetirirmiş.
Yeri gəlmişkən, nə zamansa sübut olunacaq ki, Avni Dəmirçi kimilərin arxasında konkret olaraq kimlər dayanırmış.
Bəli, bu dayaqların yaratdığı münbit şəraitdən faydalanan Avni Dəmirçi kimilər ölkəmizin bank sektorunda uzun illərdir ki, at oynadırdılar.
Axı, heç kim bilməsə də o dayaqlar gözəl bilirdi ki, uzun illər İranın “Royal” bankı Azərbaycanda hansı oyunlardan çıxıb .
Bəlkə, “Royal Bank”ın sahibi Əli Camla həmin dayaqların şəxsi-özəl münasibətlərini deyək ?
Nə qədər yazmaq olar ki, Avni Dəmirçi Azərbaycandakı Türkiyə səfriliyinin rəsmi tədbirlərini saya salıb qatılmır, amma Sumqayıtda keçirilən dini radikalların tədbirində başda oturub.
Amma Avni Dəmirçinin boşqabında qalan "artıq-urtuq"lardan yararlanan dostları yaxın zamanlarda Avni Dəmirçi kimilərin layiq olduqları cəzaları öz gözləri ilə görəcəklər.
Söhbət təkcə Avni Dəmirçidən getmir ee…
Axı, Avni Dəmirçi bu boyda cinayətləri təkbaşına edə bilməzdi.
Bəli, Ziraat Bankın keçmiş müdiri Avni Dəmirçi ilə bərabər onun müavini Rövşən İbrahimov da bu cinayət əməllərinə ortaqdır.
Mediada gedən məlumatlardan bəlli olur ki, Ziraat Bankın fəaliyyəti ötən illər ərzində Rövşən İbrahimovun əli ilə saxta kreditlər verməkdən, xərcləri şişirdərək silməkdən ibarət olub.
Bəli, Rövşən İbrahimov fermerlərin başına oyun açaraq subsidiyaları mənimsəyib.
Bəli, Rövşən İbrahimov bankda departament direktoru olan dövrdə bütün kreditlər onun vasitəsi ilə təsdiqlənib. Bir çox hallarda müştərilərin müraciətləri başdan sovdu təhlil edilib və "şapka” müqabilində kreditlər rəsmiləşdirilib. Nəticədə bankın kredit portfelində problemli kreditlərin həcmi günü-gündən böyüyüb.
Onun bu “fərasətini” görən Avni Dəmirçi Rövşən İbrahimovun vəzifəsini departament direktorundan İdarə Heyəti sədrinin müavinliyinə yüksəldib.
Avni Dəmirçi və Rövşən İbrahimov bankın filiallarının təmiri adı altında milyonları mənimsəyiblər.
Hətta filiallar üçün ofis binalarının icarəsi adı altında Avni Dəmirçi və Rövşən İbrahimov hər ay yüz minləri həzm-rabedən keçiriblər.
Bircə məsələ ilə yazını yekunlaşdıraq.
Bank və filialları üçün yazılan kompüter proqramları sisteminə yüz min manatlar ayıran Avni Dəmirçiyə demək lazımdır ki, o proqramların real qiyməti maksimum 10-15 min manatdır.
Bəs, siz 100 min manatları hara silmisiniz..?
Qarşı tərəfin mövqeyni dərc etməyə hazırıq. //gundelik-baku.com//

 

XalqXeber.Az