Bakıda polis qəzada ÖLDÜ

23:01 05-05-2022 225

Bakı şəhərində polis qəzada vəfat edib.

 


Xalqxeber.az 
Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Yasamal rayonu, Moskva Prospektində qeydə alınıb.

Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşı, polis kapitanı Quliyev Vasif Qulu oğlu idarə etdiyi 90-PT-974 dövlət qeydiyyat nömrəli xidməti avtomobillə idarəetməni itirərək səkiyə çırpılıb, nəticədə avtomobili aşırıb. O, hadisə yerində ölüb. 

Baş Dövlət Yol Polis İdarəsindən fakt təsdiqlənib.

Bildirilib ki, 1988-ci il təvəllüdlü Quliyev Vasif Qulu oğlu xidmətdən kənar vaxtı idarə etdiyi avtomobili maneəyə vurma nəticəsində aşırıb:

“V.Quliyev hadisə yerində ölüb”.

Faktla bağlı araşdırma aparılır.

 

XalqXeber.Az