Almaniya prezidenti Zelenski ilə müzakirə apardı

23:14 05-05-2022 198

Almaniya prezidenti Frank-Valter Ştaynmayer və ukraynalı həmkarı Vladimir Zelenski arasında telefon danışığı olub.

 


Bu barədə Almaniya Prezident Administrasiyasından məlumat verilib.

“Hər iki lider söhbəti çox vacib və çox yaxşı adlandırıb. Keçmişdə yaranmış anlaşılmazlıq aradan qaldırılıb. Hər iki prezident yaxın təmasda qalamaq barədə razılığa gəliblər”, – deyə mesajda qeyd edilir.

Danışıqlar Ştaynmayerin Kiyevə səfərini ləğv etmək məcburiyyətində qalmasından bir neçə həftə sonra baş tutub. Rusiya Federasiyası ilə sıx əlaqələrə malik olduqlarını əsas gətirərək onu Kyevdə qəbul etmək istəməmişdilər.

Bundan sonra isə Almaniya kansleri Olaf Şolz Kiyevə getməkdən imtina etmişdi.