Zəngilan gözəl məkana çevriləcək

11:53 06-05-2022 198

1993-cü il oktyabrın 29-da Ermənistan Silahlı Qüvvələri tərəfindən Zəngilan rayonu işğal edildi. Ermənilər işğal müddətində Zəngilan şəhərini və rayonun kəndlərini dağıdıb, dini, tarixi, mədəni abidələri, qəbiristanlıqları məhv etdilər. Mənfur düşmən Zəngilanın zəngin təbiətinə qarşı da ekoloji terror törədib, rayon ərazisindəki təbii yataqlar vəhşicəsinə istismar edilib, “Bəsitçay” dövlət təbiət qoruğunda nadir Şərq çinarları qırılıb, yandırılmışdı.

 

Dövlət başçısının “Dəmir Yumruğu” təkcə xəyanətkar ermənistanın mənfur rəhbərlərini deyil, həm də onların mənfur havdarlarının arzularını darmadağın etdi. Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində Zəngilan şəhəri 2020-ci il oktyabrın 20-də erməni işğalından azad edildi.
Prezident İlham Əliyevin mayın 4-də Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndənin təyin olunması ilə bağlı videoformatda çıxışı zamanı vurğlamışdır ki, "Bir dənə də salamat kənd qalmayıb, Zəngilanın bütün kəndləri yerlə-yeksan edilib. Bu, bir daha erməni vandalizminin eybəcər sifətini bütün dünyaya göstərir, bir də onu göstərir ki, Azərbaycan xalqı və Azərbaycan Ordusu bölgəmizi böyük bəladan – erməni faşizmindən xilas etmişdir”.
Ölkə rəhbəri Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonalarında Ermənistan tərəfindən törədilmiş ekoloji cinayətlərdən bəhs edərək ətraf mühitə vurulan zərərlər barədə və artıq ərazilərin ekoloji bərpası istiqamətində işlərin aparıldığını bildirib.
Zəngilan rayonunda, eyni zamanda, bütün tarixi-dini abidələrimiz ermənilər tərəfindən dağıdılıb. “Biz artıq tarixi-dini abidələrimizin bərpası işinə başlamışıq. Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə Zəngilan şəhər məscidi indi əsaslı şəkildə təmir olunur, faktiki olaraq yenidən qurulur. Çünki bu məsciddən cəmi bir divar qalmışdı. Yəni, Zəngilanda mövcud olan acı mənzərə azad edilmiş bütün başqa torpaqlarda da mövcuddur"-deyə söyləmişdir.
“Zəngilandan Qubadlıya və Qubadlıdan Laçına bir çox zolaqdan ibarət yol çəkilir. Bu yol Şərqi Zəngəzur iqtisadi rayonundakı rayonlar arasında birləşməni təmin edəcək. Horadizdən Ağbəndə gedən dəmir yolunun inşası sürətlə aparılır. Bu dəmir yolu həm vətəndaşlar üçün, həm də beynəlxalq yükgöndərənlər üçün çox əlverişli bir infrastruktur olacaq”- deyə ölkə rəhbəri söyləmişdi.
Həmçinin Prezident İlham Əliyev çıxışında bidirmişdir ki, keçirilən sorğularda məcburi köçkünlərin böyük əksəriyyəti geri dönməyə hazır olduğunu bildirib. Amma Prezident İlham Əliyev detallara da toxundu və bildirdi ki, qayıdışın təmin olunması üçün həyata keçirilməli olan işlər var. Yəni evlər tikildi, infrastruktur quruldu, bununla məsələ bitmir: “Əhalinin məşğulluğu vacib məsələlərdən biridir. Ağalı kəndində bu məsələ nəzərdə tutulub. Bu il orada yeni müəssisələrin yaradılması nəzərdə tutulur. Keçmiş məcburi köçkünlər Ağalı kəndinə qayıdan zaman artıq orada işlə məşğul olmaq üçün imkanlar olacaqdır. Zəngilan rayonunda əsas məşğulluq və iqtisadiyyatın əsas hissələrindən biri də kənd təsərrüfatı olmalıdır”. 
Tarixi ədalət öz yerini aldı Zəngəzurun şərq hissəsini işğaldan azad etməklə, bütün dünyaya öz torpaqlarımıza və doğma yurdlarımıza sahib çıxmaq bacarığımızı nümayiş etdirdik. Buna görə də Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması həm də tarixi ədalətin bərpası kimi qiymətləndirilməlidir.
 
 
Aynur Xəlilova - politoloq