Zəngilanda tarixi-dini abidələrinin bərpasına başlanıb

12:00 06-05-2022 216

27 sentyabr 2020-ci il tarixindən başlayan İknci Qarabağ Müharibəsi  30 ilə yaxın bir zamanda vətən həsrəti,vətən nisgili ilə yaşayaraq köçkünlük həyatı sürən yüz minlərlə Qarabağlı kimi Zəngilanlıların da qəlbində doğma yurdlarının, el-obalarının işğaldan azad olacağı günün yaxında olduğuna inamı daha da artırdı. 44 günlük Vətən Müharibəsinin yaşanan hər bir günü Azərbaycan xalqının tarixinə Qələbə Günü kimi yazıldı.  

 Prezident İlham Əliyevin mayın 4-də Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndənin təyin olunması ilə bağlı çıxışında Zəngilan rayonunun da azad edilmiş digər rayonlarımız kimi böyük dağıntılara məruz qaldığını, Ermənistan işğalçı qüvvələrinin Zəngilan rayonunu demək olar ki, yerlə-yeksan edildiyini yalnız hərbiçilərin istifadəsi məqsədilə Zəngilan şəhərində  bir neçə binanın salamat  qaldığını söyləyərək, Zəngilanın bütün kəndlərinin yerlə-yeksan edilməsinin bir daha erməni vandalizminin göstəricisi olduğunu qeyd etdi.
Zəngilan rayonunda tarixi-dini abidələrinin bərpası işləri başlandığını bildirən cənab Prezident yalnız bir divarı qalmış Zəngilan şəhər məscidinin Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə indi əsaslı şəkildə təmirinə başlanıldığını və Zəngilanda mövcud olan bu acı mənzərənin azad edilmiş bütün başqa torpaqlarda da mövcud olduğunu söylədi.  Daha sonra Prezident keçmiş məcburi köçkünlərin azad edilmiş torpaqlara tezliklə qayıtmasının əsas məsələlərdən biri olduğunu Zəngilanın keçmiş məcburi köçkünlərin yaxın gələcəkdə qayıdacaqları ilk rayon olacağını söylədi. Birinci pilot layihə Zəngilanın Ağalı kəndində həyata keçirilir və Ağalı kəndi tamamilə yenidən qurulur, böyük və rahat kənd olacaq. Ağalı kəndinin timsalında hər kəs işğaldan azad olunmuş ərazilər ilə bağlı Azərbaycanınplanlarını görə biləcək.Artıq Zəngilan rayonunda böyük infrastruktur layihələrinin icrasına  başlanılıb. Zəngəzur dəhlizinin tərkib hissəsi olan nəqliyyat infrastrukturu yaradılır. Böyük funksiyaları olacaq Zəngilan Beynəlxalq Hava Limanı bu il istismara veriləcəkdir. Zəngilan rayonunun ərazisindən keçən həm dəmir yolu, həm də avtomobil yolu nəinki Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, eyni zamanda, beynəlxalq yükdaşımaları üçün yeni beynəlxalq bir yol olacaqdır.
Regionda sülh və əminamanlığın təmin olunması və eyni zamanda işğaldan azad olunmuş torpaqlarımızın bərpa olunması, öz əzəli və əbədi sakinlərinin tezliklə   evlərinə qayıtmaları üçün  Azərbaycan hökuməti və dövləti bütün səylərini səfərbər edib. İkinci Qarabağ Müharibəsini-Vətən Müharibəsini qələbə ilə başa vuran xalqımız, on illərdir öz yurd yerlərindən didərgin düşmüş yüzminlərlə soydaşımız indi səbirsizliklə oz el-obalarına qayıdacaqları günü gözləyirlər.
                                                                         
 
Könül Əfəndiyeva  - YAP üzvü