Vilayət Eyvazov DYP rəisini İŞDƏN ÇIXARDI

17:24 06-05-2022 189

Samux Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi (DYP) bölməsinin rəisi, polis polkovnik-leytenantı Rafiq Bağırov vəzifəsindən azad edilib.

 


"Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, Rafiq Bağırov tutduğu vəzifədən azad edilərək sərəncama götürülüb.

Hələlik onun yerinə təyinat yoxdur.