Suraxanı icra hakimiyyətində nə baş verir?- Jurnalist Prezidentə müraciət etdi- VİDEO

20:04 06-05-2022 279

Deməli ötən gün Suraxanı rayonu icra başçısı ilə bağlı prezidentə etdiyim video-muraciətdə zate-alilərinə sən deyə müraciət etmişəm. 
Suraxanı rayonu icra başçısı Əziz Əzizovun Yasamal rayonunda icra başçısı işlədiyi vaxt orada Ziya Məmmədovun sillə vuranı kimi tanınan Emin adlı səxsi və  Yasamal qəbiristanlığında qəbir torpağı satan kimi tanınan Binəçi adlı şəxslər Əziz Əzizov Suraxanıda icra başçısı təyin edildikdə bu rayondan o rayona necə deyərlər transfer ediliblər. Bu və bu kimi əməllərini Hövsan qəsəbəsində davam etdirməyə başlayıblar. 

Bu barədə Aztimes.az-ın baş redaktoru Pərvin Abışova "Facebook" səhifəsində yazıb.

Ötən gün elə icra hakimiyyətində çalışan,adının çəkilməsini istəməyən  şəxs söhbətin səmimiliyindən yararlanaraq bildirdi ki, bəli, icra başçısı torpaq satışı ilə məşğul idi. Əvvəl ordan qəşəng gəlir gəlirdi, çatana( çatan deyildikdə aztəminatlı ailələr, kömək üçün müraciət edən kasıb təbəqə nəzərdə tutulur) pul verə bilirdi. Amma İradə Gülməmmədovanın çıxarılması və prezidentin belə hallara mesaj olan çıxışından sonra qorxur. Bütün Suraxanıda tikintini dayandırıb. O zaman bir sual meydana çıxır: Yaxşı, bəs  "O olmasın bu olsun" filmində deyildiyi kimi bu millətin bir abbasısı hara getdi? Yəni ev tikmək üçün xeyir-dua üçün verilən 2500 AZN necə oldu? Orada bir şikayətçi yuxarıda adı çəkilən iki şəxsin adını çəksə, mən bunu ciddi qəbul etmərəm. Amma əgər bütün ev tikənlər bu iki şəxsin adını çəkirsə, onların hər sota əvvəllər 50,indi isə 70 AZN rüsum aldığını, ondan əlavə 2500 AZN pul aldığını bildirirsə, demək ki, bu məsələdən icra başçısı bixəbər ola bilməz. İcra hakimiyyətindən bizə bildirildi ki, həmin şəxslər barədə Suraxanı polis İdarəsinə məlumat verilib və haqlarında araşdırma başladılıb. Amma bizim sorğumuza nəticəsində bəlli oldu ki, Suraxanı polisinə  icra hakimiyyəti tərəfindən bu iki şəxsin  ərazidə qeyri-qanuni pul yığması və ərazilərdə aparılan söküntülər də iştirak etməsi ilə bağlı heç bir məlumat, ya da müraciət daxil olmayıb.  Burdan  Suraxanı icra başçısının bu iki şəxsin əməllərini fikir yayındırmaq ört -basdir etmək kimi fikri olduğu qənaətinə gəlmək olarmı?  Emin adlı şəxslə əlaqə saxladıq. O elə danışdı ki, belə nəticə çıxardıq ki, bu adam heç Bakıda Suraxanı adlı rayon olduğunu bilmirmiş, Allah bizim bəlamızı versin.

Gələk başda yazdığım fikrə. Mən müraciətdə  prezidentə sən deyə xitab etmişəm. Hamınız məni top atəşinə tutmusunuz. Bu günah olub, qəbahət olub.

- Dövlət torpaqlarını dədəsinin mülkü kimi sadə vətəndaşa satıb talamaq qəbahət deyil

 - Mənim sən deyə müraciət etdiyim prezidentin  etibarından sui istifadə edib əhalini onun üstünə qaldırmaq qəbahət deyil

- Ölkə büdcəsinə ziyan vuraraq özünə dəbdəbəli şərait yaratmaq qəbahət deyil

 - vətən müharibəsi iştirakçısı ilə qovdu-qacdi oynayaraq bütün rayonu ona şikəst ayağı ilə gəzdirib axırda yanından zolnu ötmək qəbahət deyil,amma mənim prezidentə sən deməyim qəbahətdir. 

Yuxarıda saydıqlarımın hamısına cinayət məcəlləsində statya var. Mənim etdiyim səhvə varsa, cəzamı çəkməyə hazıram. Siz birinci öz əməllərinizə haqq qazandırın, sonra prezident də mənə sən deyər, söhbət bağlanar. Kaş elə bu ölkənin, bu dövlətin mənafeyini mənim kimi heç bir təmənna güdmədən qorumağı bacaraydınız.


 

XalqXeber.Az