Bakıda şagirdlərin yaxasına “Georgi lenti” taxıb tədbir keçirdilər - Rəsmi açıqlama

21:57 06-05-2022 225
Bu gün Bakıda 164 nömrəli orta məktəbdə keçirilən 9 May – Qələbə Günü tədbiri müzakirələrə səbəb olub. Belə ki, iddia olunub ki, tədbirdə iştirak edən şagirdlərin sinəsinə “Georgi lenti” yapışdırılıb.
 

Məsələ barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinə sorğu ünvanladıq.

Qurumun İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirdi ki, məsələdən məlumatlıdırlar:

“Bu barədə araşdırma aparılır, məlumat veriləcək”.

Qeyd edək ki, sözügedən məktəbin direktoru Kəmalə Qədirovadır.

Xatırladaq ki, “Georgi lenti” Rusiyanın imperiya simvollarından biri hesab edilir.

“Qafqazinfo”

Bakıda şagirdlərin yaxasına “Georgi lenti” taxıb tədbir keçirdilər - Rəsmi açıqlama



 

XalqXeber.Az