Sumqayıtda ağır qəza - ölən və yaralanan var

18:26 08-05-2022 252

Sumqayıtda ölümlə nəticələnən qəza baş verib.

 
 "Samand" markalı minik avtomobili yol kənarında olan divara çırpılıb.

Hadisə nəticəsində avtomobildə olan sərnişin 1990-cı il təvəllüdlü Səmədov Elxan Eldar oğlu həyatını itirib. Nəqliyyat vasitəsinin sürücüsü isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.