NİZAMİ RAYON İCRA BAŞÇISI SİFTƏNİ ETDİ – İKİ TENDER VƏ…

12:05 09-05-2022 405

Paytaxtın Nizami rayonuna bu ilin fevralında icra başçısı təyin olunan Coşqun Cəbrayılov tender mövsümünü artıq açıq elan edib. Təxminən iki aylıq gözləmədən və postunda möhkəmlənməkdən sonra yeni icra başçısı pul qazanmaq üçün çırmanıb.

Nizami İH dəftərxana və təsərrüfat mallarının satın alınması üçün müsabiqə keçirib və Abbasov Vüsal Mehman oğlu qalib elan edilib.

Bu şəxsin sahibkar, hansısa müəssisə rəhbəri olduğu açıqlanmır. Amma malların alınması üçün ona 9800 manat köçürülməlidir. Eyni zamanda, Nizami İH maşın və avadanlıqların alınması ilə bağlı 14 255.92 manat bu şirkətə ödəməlidir.

Lakin suallar meydana çıxır – icra hakimiyyəti nə maşını, hansı avadanlıqları alır? Ümumiyyətlə, hansı zərurətdən doğub ki, bu tender keçirilsin?! Düzdür, məbləğ kiçikdir, amma hesabatlılığı məhduddur.

Qeyd edək ki, Coşqun Cəbrayılov bu təyinata – Nizami rayonu İcra Hakimiyyətinə başçı gələnə kimi Bakı Şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində çalışıb. Coşqun Cəbrayılov əvvəllər də Eldar Əzizovla işləyib.

Belə ki, o, Eldar Əzizov Sumqayıt Şəhər İcra Hakimiyyətində və Səbail Rayon İcra Hakimiyyətində başçı işləyərkən onun Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsini icra edib. Yəni onun kadrı kimi tanınır.

Daha sonra Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısının (Eldar Əzizovun) köməkçisi vəzifəsində çalışıb. 2018-ci ilin sentyabrında Eldar Əzizov onu Bakı meriyasının Ərazi idarəetmə və yerli özünüidaretmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin etmişdi.TİA.Az

 

XalqXeber.Az