Adil Vəliyev şəhid anasından rüşvət istəyib? — SENSASİON İTTİHAM

15:27 13-05-2022 441

Füzuli uğrunda gedən döyüşlərdə şəhid olan, “İgidliyə görə” və “Vətən uğrunda” medalları ilə təltif olunmuş gizir Sübhan Mahir oğlu Abdurahmanlının anası Mehriban Abdurahmanlı Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevdən dövlət başçısına şikayət edib.

 


Şəhid anası evinin sökülməsi üçün ondan 3 min manat rüşvət tələb olunduğunu iddia edib.

Mehriban Abdurahmanlının iddiasına görə, ondan rüşvəti şəxsən icra başçısı Adil Vəliyev tələb edib:

"Oğlum şəhid olandan sonra vətəndaşlardan biri mənə torpaq vermişdi, mən də başımı salmağa bir daxma tikmişdim. Sabunçunun icra başçısı Adil Vəliyev mənə dedi ki, tiksən sökəcəyəm, 3 min ver sökməyim. Bu gün gəlib evimi başıma uçurtdular".

Sözügedən ittihamlarla bağlı Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevlə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verməyib.Demokrat.az

 

XalqXeber.Az