Hara gedirik İLAHİ? - TİKTOK-da "burcudan" yol işçisi, Salehin dostunun ərköyün balası

11:51 31-05-2022 414

“MƏMUR BALASININ TƏRBİYƏSİZ HƏRƏKƏTLƏRİNƏ GÖRƏ ATASINA YÜKSƏK VƏZİFƏ VERMƏK PREZİDENTƏ XƏYANƏT ETMƏK DEMƏKDİR”

 


Xatırlatmaq yerinə düşərdi ki, Azərbaycanda keçirilən son president seçkiləri öncəsi siyasi hakimiyyət tərəfindən hüquq-mühafizə orqanlarının rəhbərlərinə, nazirlərə, müavinlərinə, komitə sədrlərinə, millət vəkillərinə, ayrı-ayrı qurumlara, generallara xüsusi göstəriş verilmiş və tələb olunmuşdur ki, hər bir məmur özünə və ailə üzvlərinə nəzarəti gücləndirməlidir. Son hadisələr fonunda yaranmış gərginlik və ardı-arası kəsilməyən qudurğanlıqlar ölkədə qarşıdurmaya səbəb ola bilər.
Xalqla hökumət, vətəndaşlarla prezident arasındakı telləri qoparmağa çalışan, körpüləri yandırmağa cəhd edən harın məmur uşaqları, onların dəbdəbəli həyatından yayılan fotolar əhalidə qıcıq oyadır.
Bu aqressiyanı getdikcə şiddətləndirən məmur uşaqları, onların tərbiyəsiz və saymazyana hərəkətləri, sadə insanlara qarşı qudurğanlığı cəmiyyətdə bir təbəqələşmə yaradır.

Prezidentin görməyə gözü olmayan bu özbaşınalıqlar artıq xirtdəyə çatıb. Ölkə rəhbəri daha sərt cəza metodlarının işə salınmasına göstəriş vermişdir. Çünki təkcə general Novruzəli Orucovun oğlu, "Qaçqınkom” sədri Əli Həsənovun nəvəsi ilə bu tendensiya durmur. Məmurlar, onların həyat və davranışları, övladları hər zaman insanların diqqət mərkəzində olur.
Bu, məntiqlidir, çünki məmurlar vətəndaşların verdiyi vergilərdən, ümumilikdə ölkənin sərvət və gəlirlərindən formalaşan dövlət büdcəsi hesabına yaşayırlar. Onların ictimai nəzarətin obyekti olmaları məhz bu səbəbdən doğrudur.
O məmurlar öz vəzifələrinin öhdəsindən layiqincə gəlməyəndə, korrupsiyalaşanda, ona idarə etmək üçün etibar edilmiş vəsaitləri talayanda, mənimsəyəndə, vəzifəsi olan işi görmək müqabilində rüşvət alanda və səlahiyyətlərindən sui-istifadə edəndə etirazla qarşılanırlar.
Onların ailələri, övladları həmin oğurlanmış, vəzifədən sui-istifadə yolu ilə qazanılmış vəsaitlər hesabına qudurğanlıq edəndə isə, cəmiyyət o məmurlara qarşı üsyan edir.
Prezident dəfələrlə bəyan edib ki, dövlət məmurları öz şəxsi maraqlarına deyil, xalqa xidmət etməli, onların ailə üzvləri isə özlərini ciddi aparmalı və başqalarına müsbət nümunə olmalıdır.
Hər bir dövlət məmuru öz xalqına xidmət etməlidir. Amma bəzi hallarda məmurlar vətəndaşlara yuxarıdan aşağı baxırlar, onları saymırlar, onları təhqir edirlər, qudurğanlıq edirlər.
Məmur öz vəzifə borcunu şərəflə yerinə yetirməlidir, insanlara qulluq etməlidir və təvazökar olmalıdır. Ancaq bəzi hallarda təvazökarlıqdan, ümumiyyətlə, söhbət getmir.
 
Artıq bir müddətdir ki, sosial şəbəkələr insanların böyük maraqla istifadə etdiyi sosial məkana çevrilib. Ölkəmizdə mövcud olan söz və internet azadlığı sosial mediada insanların öz fikirlərini bölüşməsinə geniş imkanlar yaradır. Lakin belə imkanlardan yığdığı var-dövlətə güvənərək etik qaydalara riayət etmədən məntiqsiz hərəkət edən, yersiz hərəkətlərilə  cəmiyyətə meydan oxumağa çalışan məmur övldlarının sayı artmaq üzrə davam etməkdədir.
Yerli mətbuatın verdiyi məlumatlardan aydın olur ki, belə sosial şəbəkələrdən  gecəsini gündüzünə qatan yerli məmurlardan biri də 10 saylı Yol İstismar MMC-nin direktoru Mübariz Paşayevin oğlu Nicat Paşayevdir .

Nicat Paşayev məmur olaraq “Tik-tok” sosial şəbəkəsində qarşı tərəfləri təhqir etməklə və acaib göbəy rəqsləri ilə yadda qalıb. Eyni zamanda sosial şəbəkələr mədəni maarifçilik təbliğatında kasat olan bu gənc özünübəyənmiş məmur əcaib ağız, göz hərəkətləri ilə özünü idarə edə bilmir və hər kəsə meydan oxuyur.

Cəmiyyətin diqqət mərkəzinə düşən Nicat Paşayevlə bağlı yerli mətbuatın apardığı araşdırmalar zamanı ilginc məlumatlar əldə edilmiş və geniş yayımlanmışdır.

Belə ki, Nicat Paşayev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin  sədri Saleh Məmmədovun yaxın dostu 10 saylı Yol İstismar MMC-nin direktoru Mübariz Paşayevin oğludur.

Mübariz Vəliş oğlu Paşayevlə bağlı məlumatlar isə belədir:

Mübariz Vəliş oğlu Paşayev 2017-ci ildə “Tərəqqi” medalına layiq görülmüşdür. AAYDA sədri Saleh Məmmədovun yaxın dostudur. Bu "müqəddəs" dostluğundan istifadə edən M. Paşeyev illərdir 10 saylı Yol İstismar idarəsini öz şəxsi malı kimi istifadə edir. M. Paşayev həmçinin öz yaxın qohumlarını 10 saylı Yol İstismar idarəsində ən gəlrli vəzifələrdə yerləşdirib.

Direktorun bu yaxın qohumları idarədə ümumi qazanca şərik olaraq çalışdığı deyilir. Hansı ki, bu adamların çoxu heç idarənin qapısını belə tanımır.

Əsas gəlirli shələrdə Mübariz Paşayevin oğlu Nicat Paşayev, qardaşı və qardaşı oğlu Zaur Paşayev eləcə də baş iqtisadçı olan qohumu Elmdar MMC-də əsas söz sahibləridirlər. Yəni, dövlətin idarəsi ailə təsərrüfatı üzrə fəaliyyət göstərir desək. Yəqin ki, yanılmarıq.  əcaib göbək rəqsi oynayan gənc məmur Nicat Paşayevin videosunu seyr erdikdə yenə də bu qənaətə gəlmək olar ki, 2018-ci ildə dövlət başçısının məmurlara və övladlarına cəmiyyət daxilində etik qaydalara riayət etmələri barədə verdiyi tapşırıqları yaddan çıxması bir yana, hətta bir az da irəli gedərək iqtisdi sıxıntılar içərisində yaşayan sadə insanlarımıza həqarət edirlər. İki həftə əvvəl məmur balası məmur olan N.Paşayevin məlum videosundan sonra cəmiyyətimizdə belə bir fikir formalaşdı ki, Əli Həsənov, Novruzəli Orucov, Mübariz Mədətov kimi  üz qarası olan övladlarının tərbiyəsiz hərəkətlərinə görə bu dəfə də N.Paşayevin atası Mübariz Paşayev ciddi cəzalandırılacaqdır. 

Amma bu dəfə hadisələr cəmiyyətin gözlədiyi kimi yox, əksinə cərəyan etdi. Belə ki, məmur oğli olan Nicat Paşayevin sosial şəbəkədə göstərdiyi tərbiyəsizliklərə rəğmən cənab S.Məmmədov məmur atası Mübarizin vəzifəsini daha da yüksəldərək  AAYDA-da “Monitorinq-təftiş” idarəsinə rəis təyin etmişdir. Yəni, cənab “Yol şefi” yaxın dostunu məmur oğlu Nicatın sosial şəbəkələrdə paylaşdığı biabırçı hərəkətinə görə dədəsini mükafatlandırmışdır ki, ASC-nin Yol İstismar İdarələri MMC-lərə aylıq haqq qoyub çox qazana bilsin ki, ərköyün oğul da sosial şəbəkədə bu haram pullara güvənərək sadə insanları hədləyə bilsin və öz axmaq hərəkətlərindən zövq ala bilsin. Artıq proses başlayıb. Nəticəyə gəlirik ki, cənab AAYDA rəhbəri cənab prezidentin məmur və balalarıilə bağlı göstəriş və tapşırıqlarını qulaqardına vurmuşdur. Məsələyə bir az da diqqətlə yanaşdıqda aydın olur ki, AAYDA rəhbərinin yarıtmaz fəaliyyətinə səbəb olan “yaxın dostlar, qohum-əqrəbalarla” gördüyü işlərdir. Ona görə də, ətrafına yığdığı qeyri-peşəkar qocalar komandası və qohumlarının Azərbaycanın hər bir yerində saldığı istr magistral, istərsə də kənd və qəsəbədaxili yolların ömrü ən yaxşı halda 5 il, ən pis halda isə 2 ildən artıq olmur. Bakı-Quba. Gəncə-Qazax, Ələt, Şamaxı magistral yollarının çəkilişindən 5 il keçməmiş yenidən təmirə dayanması dediklərimizi bir daha sübut edir. Kənd və qəsəbədaxili yolların çəkilişi zamanı isə dünyada analoqu olmayan metodlardan istifadə olunur. Belə ki, yol yatağının salınması ümumiyyətlə ixtisara salınır və elə köhnə yolun üstündən asfalt səpilir. Paytaxt yollarının vəziyyəti də ürəkaçan deyil. Yenə, yolların saxlanması və təmiri işləri Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində olan dövrlə müqayisədə indi vəziyyət çox pisdir. Bir sözlə. Nə qədər ki, dövlətin başçısına yollarla və idarə məmurlarının yarıtmz fəaliyyəti barədə  yalan məlumatlar verilir, bu ənənə hələ çox davam edəcək.

Müstəqil araşdırmçı Əsgər Məmmədov 
Demokratik.Az

 

XalqXeber.Az