İki liderin “TEKNOFEST ” festivalından dünyaya verdiyi tarixi mesajlar

11:53 31-05-2022 180

Bakıda 26-29 may tarixlərində ilk dəfə möhtəşəm “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalı baş tutdu.

 

Bu festival təkcə texnoloji kəşflərin, yeniliklərinnümayiş olunduğu sərgideyil həm də iki qardaş ölkənin dövlət başçılarının birlikdə dünyaya verdiyi mesajlarla da yadda qaldı.Beləki, Mayın 28-də - Müstəqillik Günündə Prezident İlham Əliyev və Prezident Rəcəb TayyibƏrdoğanın festivalda çıxış edərək, olduqca mühüm açıqlamalar verməsi, birgə hədəfləri, prioritetləri elan etmələri törənin ən mühüm hissəsi oldu desək,yanılmarıq.
Azərbaycan Prezidenti xatırladıb ki, 104 il öncə müsəlman aləmində Azərbaycan xalqı ilk Xalq Cümhuriyyətini qurub: “Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı, iki ildən sonra süqut etdi və Azərbaycan öz müstəqilliyini itirdi. Yalnız 1990-cı illərin əvvəlində Azərbaycanın dövlət müstəqilliyi bərpa edildi və 30 ildir Azərbaycan xalqı azad yaşayır”.
Prezidentin iki qardaş ölkə arasında bütün sahələrdə - istər hərbi sahə olsun, istərsə də siyasi-diplomatik, iqtisadi-humanitar, yaxud mədəni-texnoloji sahələr – bütün sferalarda ikitərəfli əlaqələrin ən yüksək səviyyədə olduğunu xüsusi qabartması, “Türkiyənin artan gücü bizim gücümüz, bizim gücümüz Türkiyənin gücüdür” tezisinə diqqət çəkməsi əlbəttə ki, boşuna deyildi. Bu bir daha “Bir millət, iki dövlət” olmanın təzahürü idi.
Doğrudan da, artıq bizi istəməyən dairələr belə, qəbul edir ki, Türkiyə-Azərbaycan tandemi regionda sülh və sabitliyin, inkişaf və rifahın əsas qarantına, erməni separatizmi və faşizmini əsas önləyici faktoruna çevrilib. Bu reallıq fonunda İlham Əliyevin aşağıdakı sözləri xüsusi məna kəsb edir: “Bundan sonra da Türkiyə və Azərbaycan yüksələn xətlə ancaq və ancaq irəliyə gedəcək. Azərbaycan və Türkiyə beynəlxalq güc mərkəzləridir. Türkiyənin artan gücü Azərbaycanı gücləndirir və hər iki ölkə bir-birinə güc qataraq dünya miqyasında güc mərkəzinə çevrilir”.
Festivalda Prezident xüsusi ilə gənclərə səslənərək Türk dünyasının böyük oğullarından nümunə götürməyə da çağırış edib: “Dünya şöhrətli alim, Nobel mükafatı laureatı Əziz Səncər və “TEKNOFEST”in təşkilatçısı, İkinci Qarabağ savaşında öz sözünü demiş məşhur “Bayraktar” PUA-ların ixtiraçısı SelçukBayraktarın Azərbaycana bir arada təşrif buyurmaları əlamətdar hadisədir. Əziz Səncər kimi insanlar gənclər üçün örnəkdir, nümunədir - həm alim, həm vətəndaş, həm türkçü, həm vətənpərvər insan. SelçukBayraktar da gənclər üçün gözəl örnəkdir, nümunədir. Əminəm ki, bizim gənclərimiz Selçuk bəy kimi olmağa çalışacaqlar”.
Bəli, müasir gənclər həyat və fəaliyyətlərinə, türk dünyasına münasibətdə məhz bu cür şəxslərdən də örnək götürməlidirlər. Axı biz bu şəxslərin timsalında qazanılan uğurları görmüşük...
Festivalda Türkiyə Prezidenti Rəcəb TayyibƏrdoğanın çıxışında da təbii ki, önəmli mesajlar və çağırışlar kifayət qədərdir. O, 2022-ci ilin iki qardaş ölkə üçün önəmli olmasını vurğulayıb. Xatırladıb ki, cari il Türkiyə-Azərbaycan diplomatik əlaqələrinin 30 illiyik yubileyidir. Şübhəsiz, buna yönəlik tədbirlər də davam edəcək.
 
Aysel Mənsimova - politoloq