Mehriban Əliyeva uşaqları belə təbrik etdi - FOTO

13:57 01-06-2022 531

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edib.

 
Paylaşımda deyilir:

"Bütün balaca soydaşlarımızı 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Hər bir uşağa möhkəm cansağlığı, sevgi, sevinc, xoşbəxt gələcək arzulayıram! Uca Tanrı uşaqları bütün qada-balalardan qorusun!"