Beyləqanda həbslər KİMLƏRİ TƏLAŞLANDIRIB... - İDDİA

16:36 02-06-2022 513

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi bir neçə rayonda əməliyyat keçirib.

 


Xalqxeber.az RealMedia.az-a istinadla xəbər verir ki, əməliyyat İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rayonlardakı ərazi şöbələrini əhatə edib.

Qeyd edək ki, əməliyyat keçirilən rayonlar sırasında Beyləqan rayonununda adı yer alıb. Və əməliyyat nəticəsində rayonun bir neçə vəzifəli şəxsləri saxlanılıb.

RealMedia.az xəbər verir ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Beyləqan rayonunda keçirdiyi əməliyyat tədbirləri icra başçısı Asif Ağayevi də təlaşlandırıb. Və bu təlaşa əsas da var. Çünki icra başçısının özünün və ətrafında olan ayrı-ayrı vəzifəli şəxslərinin barəsində Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində bir müddət əvvəl ciddi şəkildə araşdırmalara başlanılıb. Və icra başçısı düşünür ki, yaranmış vəziyyətlə əlaqədar olaraq hər an onunda qapısı döyülə bilər. Hazırda icra başçısı “antikorrupsiya” “xofu” yaşayır