Nə qədər ki, Zakir Quliyev ordadır... - İLGİNC İDDİALAR...

16:39 02-06-2022 387

Xeyli müddətdir ki, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətində ( ASC ) baş verən rüşvət və korrupsiya halları barədə yazırıq.

 ASC-nin rayonlardakı idarələrinin fəaliyyətini konkret olaraq təhlil edərək yazılar dərc edirik.
Təsəvvür edirsiniz, ASC-nin tabeçiliyində olan Rayon Suvarma İdarələrinin rəislərinin əzbərlədiyi bir cümlə var, müsahibələrində dönə-dönə qeyd edirlər:
Bu il 300-400 metr su kanalının lilini təmizləmişik, 10 artezian quyusu qazmışıq.
Vallah, bizə elə gəlir ki, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin özünü LİL-dən təmizləmək lazımdır.
Nə qədər ki, ASC-nin Zakir Quliyev, Rafiq Aslanov kimi sədr müavinləri var, bu ASC sanki rüşvət və korrupsiya adlı LİLİN-BATAQLIĞIN içərisində boğulcaq.
Deyirlər ki, bu il 10-15 artezian quyusu qazmışıq.
Birincisi, bu quyuları dədənizin pulu ilə deyil, dövlət vəsaiti hesabına qazmısınız.
İkincisi, sizin qazdığınız artezian quyularl ilin çox vaxtını işləmir.
Səbəb olaraq deyirsiniz ki, guya artezian quyularının elektrik kabellərini kimlərsə oğurlayıb. Və kəndçilərin, sahibkarların əkin sahələri susuzluqdan yanır və məhsul tələf olur.
Biz Gündəlik-Bakı olaraq tam məsuliyyətlə deyirik ki, həmin quyuların elektrik kabellərini oğurlayıb satanlar da sizlərsiniz.
Qurumun regionlardakı idarələrində baş verən tender maxinasiyaları, yanacağın silinməsi, quruma məxsus avadanlıqların müxtəlif şirkətələrə arendaya verilməsi və digər hallarla bağlı silsilə araşdırma yazılarımız dərc olunub.
Müvafiq qurumların birindən çağırıb soruşan yoxdur ki, bu yazıları nə üçün yazırsınız..?
Biz nə yazdıqlarımızın mənbəyini əla bilirik.
Cənab Prezident müşavirədə özü demədi ki, ASC-də 40-50 faiz su itkisi olur, bü dözülməzdir.
Hətta Prezident əlavə etdi ki, bəzən şişirtmə, itki adı altında su silinir.
Bəli, biz də bütün bunları əsas tutaraq araşdırma yazıları dərc edirik.
Rüşvət və korrupsiya bataqlığına batmış qurumlardan biri də ASC-nin Göyçay Suvarma Sistemləri İdarəsidir.
İdarənin rəisi Şakir Əhmədovdur.
Məlumdur ki, 2 ay öncə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə vəzifəsindən azad edildi.
Və hazırda rayonda ciddi yoxlamalar həyata keçirilir.
Bu isə Şakir Əhmədovu qorxuya salıb.
Belə ki, Şakir Əhmədov hətta Mehdi Səlimzadədən öncəki icra başçısı Mübariz Ağayevin vəzifəyə təyin olunması zamanı rayonda 5 saatlıq atəşfəşanlıq keçirib, səhərə qədər restoranlarda qonaqlıq verib, hətta birinin qiyməti 500 manat olmaqla səmaya 200-dən çox fişəng atılıb. Təkcə fişənglərin qiyməti 500 x 200 = 100.000 manatdır.
Adama deyərlər ki, dövlətdən 400-500 manat məvacib alan məmurda bu qədər pul haradandır..?
Vətəndaşlara su sarıdan zülm etdiyi üçün ona rayonda “yezid” ləğəbi veriblər.
Bəli, Şakir Əhmədov sabiq icra başçısı Mehdi Səlimzadə ilə birgə dövlət vəsaitlərini mənimsəyib.
İndi Şakir Əhmədovun mülklərinin siyahısına fikir verin və özünüz nəticə çıxardın.
Şakir Əhmədov təkçə Göyçay şəhər ərazisində 5 yerdə ev alıb, 8 ticarət obyektinə, Hüngütlü və Potu kənd ərazisində hektarlarla torpaq sahəsinə sahibdir. Göyçay şəhərinin Nizami, 1 May, Xətai və Əli Kərim küçələrindəki evlərini kirayəyə verib, Zərdabi küçəsindəki evində isə özü yaşayır. Göyçay Rayon Polis Şöbəsinin keçmiş binasını başqasının adına özəlləşdirən Şakir Əhmədov həmin binanı Göyçar Rayon İcra Hakimiyyəti Başçısının Göyçay şəhər ərazi dairəsi nümayəndəliyinə icarəyə vermişdir. Göyçay şəhəri 1 may küçəsi ərazisindəki 2 mərtəbəli böyük bunanı isə ”İnkişaf üçün Maliyyə” Bankına baha qiymətə icarəyə vermişdir. Köhnə avtovağzalın ərazisindəki obyektlərini isə çayxanaya və bərbərxanaya icarəyə vermişdir. Şakir Əhmədov həmçinin talançılıq yolu ilə əldə etdiyi vəsait hesabına Bakı şəhərində 4 mənzilə, Qəbələ və İsmayıllı rayonlarında isə 2 mənzilə sahib olmuşdur. 3000 başdan çox qoyun sürüsü olan ferması var. Aylıq əmək haqqısı 400-500 manat olan Şakir Əhmədov bu qədər əmlakı, var-dövləti təbii ki, korrupsiya cinayəti ilə əldə etmişdir.
Görək, Mehdi Səlimzadənin vəzifədən azad edilməsindən sonra rayonda aparılan ciddi yoxlamalar Şakir Əhmədovla bağlı ortaya hansı faktları qoyacaq.
Əgər normal yoxlama aparılsa, Şakir Əhmədovun həbsi qaçılmaz olacaq.
Yazıda müxtəlif saytların materiallarından istifadə olunmuşdur.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. //gundelik-baku.com//

 

XalqXeber.Az