Burdakı rüşvət sanki London birjası ilə sinxron artır... - İTTİHAM VAR!

11:47 03-06-2022 387

Analıq xöşbəxtliyinə nail olmaq qadınların demək olar ki, ən böyük arzusudur. Amma bu gün analıq sevincini yaşamaq o qədər baha başa gəlir ki…

 Dövlət səhiyyə müəssisələrində digər tibbi xidmətlərlə yanaşı, qadınların hamiləlik dövründə və ondan sonrakı müddətdə müayinəsi, uşağın dünyaya gətirilməsi qanunla pulsuz olsa da, bu prosedurları keçmək üçün rüşvət tələb olunur. Elə bu səbəbdən də qadınların çoxu hamiləlik dövründə qadın məsləhətxana-larına getmirlər. Tibb müəssisələrində rüşvət faktoru Azərbaycan ailələrində uşaqların xəstəlik və fiziki qüsurlarla doğulmasına da təsir göstərir. Gələcək anaların hamiləlik dövründə tibbi müayinədən keçmə-mələri sonradan problemlərin yaranmasına yol açır. BMT-nin Əhali Fondunun hesablamalarına görə, Azərbaycan qadınlarının 60-80 faizi hamilə olduqları müddətdə məsləhətxanalara getmirlər. Bu isə onların gələcək övladlarının fiziki və əqli qüsurlarla dünya-ya gəlməsinə və ölümünə səbəb olur. BMT-nin və başqa beynəlxalq qurumların məlumatına görə, Azər-baycanda dünyaya ana və körpə ölümünün səviyyəsi hələ də yüksək olaraq qalır. BMT Əhali Fondu mütəxəssislərinin qənaətinə görə, ölkədə hamiləlik və doğuş zamanı baş verən neqativ halların qarşısını almaq üçün tədbirlərin görülməsinə ciddi ehtiyac var. Bunun üçün hamilə qadınlar müt-ləq tibbi və genetik müayinələrdən keçməlidirlər.
Görəsən hamilə qadınlarımızı qadın məsləhətxanalarından yan qaçmağa məcbur edən səbəb doğurdan-mı rüşvət faktorudur?
”Aktualxeber.az”ın əldə etdiyi məlumata görə, 6 saylı Qadın Məsləhətxanasında Aygün Budaqova müdir təyin olunanda “analığa namizəd” olanlara racon kəsir. Burdakı rüşvət sanki London birjası ilə sinxron artır. Neftin qiyməti dünyada qalxdıqca Aygün Budaqova da 6 saylı Qadın Məsləhətxanasında qiymətləri qaldırır. Özünü hər həftə efirlərdə reklam edən mama-ginekoloq Budaqova Aygün Yaşar qızı ekrandan ağ xələtdə mələk kimi görünür. Amma əls kimliyi rəhbərlik etdiyi qurumun qapısından içəri addım atan kimi bilinir.
Çünki əgər hamiləsinizsə və 6 saylı Qadın Məsləhətxanasına müraciət edəcəksinizsə bunları bilməlisiz ki, burda ilk növbədə qandakı infeksiyaların təyini üçün analiz verməlisiniz. Bu laborator müayinənin qiyməti 35 manatdan başlayır. Daha son-ra xəstə qanda şəkərin, hemoqlobinin təyini üçün laborator müayinədən keçir. Bu analizlərə görə isə 4-8 manat tələb olunur. Qanda laxtalanmanın səviyyəsini dəqiqləşdirmək üçün isə ödəniş lazımdır. Daha sonra hamilə qadın nəcisdən və sidikdən analizlər verməlidir. Qadın məsləhətxanalarının nəzdində fəaliy-yət göstərən laborotoriyada 5 manat bu analizlərə görə alınır. Yaxmanın mikroskopiyasının qiyməti isə 10 manatdır. Hamilə qadının “Ultrasəs” (UZİ) müayinəsindən keçməsi üçün isə 15-30 manat arası pul tələb olunur”.
Həmsöhbətimin dediyinə görə, bu yoxlamalardan keçdikdən sonra ana olmağa hazırlaşan qadın təkrar ginekoloqun yanına gedir. Laborator müayinələrin nəticələrinə görə, resept yazan həkimə ən azı 20 ma-nat “hörmət” edilməlidir.
Saytımıza şikayət edən xanımlar deyir ki, pul verməsən keçinmək olmur.
“Bu elə bir məsələdir ki, söhbət uşağın gələcək taleyindən gedir. Analizə pul verməsən dilləri ilə deyirlər ki, səhv çıxaracağıq. “UZİ” həkiminə hörmət etməsən, uşağın başının, çəkisinin ölçüsünü demir. Naəlac qalıb istəyənə “hör-mət” edirik ki, əziyyətimiz heçə çıxmasın. Amma elə qadınlar tanıyıram ki, pulu olmadığına görə, qadın məsləhətxansına gəlib vaxtı-vaxtında yoxlana bilmir. Belələrinin də bətnindəki körpə ya 9 aya çatmır, ya-xud da ölü doğulur”.
Onu da öyrəndik ki, müayinələr üçün pul vermədikləri təqdirdə qeydiyyata almırlar. Əks təqdirdə hamilə qadını məcbur edirlər ki, pasport qeydiyyatında olduğu ünvanda qeydiyyata düşsün. Bu isə çox vaxt mümkün olmur. Bəzilərinin Bakıda qeydiyyatı yoxdur, ona görə də, məcbur olub müayinə, qan analizləri üçün tələb olunan məbləği ödəyirlər.
Beləliklə bir hamilə qadının lazımi tibbi müayinələrdən keçməsi üçün nə qədər pul tələb olunduğunu kiçik araşdırma zamanı üzə çıxartdıq. Beynəlxalq standartlara görə, hamilə qadınların bu müddətdə müayinələrdən keçməsi üçün həkimə müraciət sayının ən azı 9 dəfə olmasını nəzərə alsaq, xərc 9 dəfə böyüyür. Yuxarıdakı məbləğlə 9 dəfə müayinə üçün həkimə müraciət edən hamilə qadın bu dövr ərzində təxminən 900 manat xərcləməlidir. Amma bu məbləğ yalnız dövlət səhiyyə sisteminin müəssisələrində laborator analizlərə tələb olunur. Bütün səhiyyə ocaqlarında hamiləlik müddətində və doğuş zamanı pulsuz yardım göstərilməlidir. Bəs onda niyə vətəndaşlar 6saylı doğum evinin qadın məsləhətxanası şöbəsində soyulur?
Onu da xatırladaq ki, bu xərclərə doğuş xərclərini (yəni ən azı 800-1500 manat arası) də əlavə etsək, bir uşağın dünyaya gəlməsi valideynə ən azından 2000-3000 manata başa gəldiyinin şahidi olarıq.
Faktlar var, sübut var, Səhiyyə Nazirliyi susur
Xatırladaq ki, 6 saylı Qadın Məsləhətxanasının mama-ginekoloq Aygün Budaqovadır. O, bundan əvvəl bir neçə kilinikada müxtəlif vəzifələrdə işləyib və daim adı müxtəlif korrupsiya olaylarında hallanıb.
Aygün Budaqovanın nəzərinə çatdırıq ki, «Əhalinin sağlamlığının qorunması haqqında” qanunun 17-ci maddəsində” deyilir:
Hər bir qadın hamiləlik dövründə, doğuş və doğuşdan sonrakı dövrdə dövlət səhiyyə sisteminin müəssisələrində ixtisaslaşdırılımış tibbi yardımla pulsuz təmin olunur”. Nazirliyinin tabeçiliyində olan bütün səhiyyə ocaqlarında hamiləlik müddətində və doğuş zamanı pulsuz yardım göstərilməlidir. Hamiləliyin təyini, laborotor təhlillər və diaqnostik müayinələr, doğuşa hazırlıq məqsədilə istifadə olunan dərman və tibbi sərflər, keysəriyyə əməliyyatı və ağrısız doğuş zamanı cərra-hın, mama-ginekoloqun, həkim neonatoloqun və bu prosesdə iştirak edəcək tibbi personalın əmək haqları, bu proqrama daxildir. Bəs onda niyə vətəndaşlar 6 saylı Qadın Məsləhətxanasında soyulur?

Mövzuya qayıdacağıq və qarşı tərəfi də dinləməyə hazırıq
 //Aktualxeber.az//

 

XalqXeber.Az