Cavid Qurbanova yaxın adamlar HƏDƏFDƏ... - İLGİNC İDDİALAR...

11:50 03-06-2022 711

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sabiq sədri Cavid Qurbanov üçün arzuolunmaz dönəm start götürüb. Bununla bağlı ilginc informasiyalar yayılıb. DİA.AZ bildirir ki, artıq mövqeləri kiafyət qədər zəifləyən Cavid Qurbanov artıq ətrafında formalaşdırdığı şəbəkəyə aid məmurları da qorumaq iqtidarında deyil. Bu barədə məlumatlı mənbə danışır.

 


Xatırladqaq ki, Cavid Qurbanov ləğv edilmiş “Gəncəbank” ASC-nin sabiq sədri Pərvanə Novruzovanın da himayədarı kimi tabnınırdı. Yerli KİV-dən əldə etdiyimiz informasiyaya görə, artıq Pərvanə Novdurzova barəsində həbs qərarı çıxarılıb.

Bu barədə yayılan xəbərlərə görə, “Gəncəbank” ASC-nin sabiq sədri ilə Samux rayon polis idarəsi tərəfindən həbs edilib, Nəsimi rayon 19 -cu polis bölməsinə təhvil verilib. Cavid Qurbanovun ən yaxın adamı Pərvanə Novruzova ilə yanaşı iki oğlu da həbs edilib.

Xatırladaq ki, Pərvanə Novruzova dələduzluqda ittiham edilir.

DİA.AZ-a danışan mötəbər mənbə iddia edir ki, Cavid Qurbanova yaxın olan onlarla məmura qarşı yaxın günlərdə bir hərəkətlənmə müşahidə olunacaq. Mənbənin söylədikləri:

"Cavid Qurbanov yerli KİV-də deyildiyi kimi özünə bir klan qurmuşdu. İndi isə Klan lideri zəif duruma salınıb. Təbii ki yekun olaraq klan üzvləri də öz nəsiblərini almalıdırlar".

Məlumata görə, ilkin olaraq Cavid Qurbanovun Kəlbəcər rayonunun rəhbərliyində təmsil olunan kadrları çıxdaş ediləcək. Mənbə bildirir: "Əslində bütün kadrlar elə Cavid Qurbanova aiddir. Bunu dövlətin üst düzəyində də yaxşı bilirlər. Ona görə də belə bir heyəti Kəlbəcərə rəhbər göndərmək doğru hesab olunmur".

Əlavə bilgilərimiz olacaq. İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...

 

XalqXeber.Az