Avni Dəmirçini Azərbaycandan QOVURLAR? - İTTİHAM VAR!

13:39 04-06-2022 315

Əsas mövzuya keçməzdən öncə onu qeyd edək ki, son bir neçə ildə Fətullah Gülən cameəsinin üzvü olan bəzi məmurlar vəzifəsindən uzaqlaşdırıldı. Onların başında Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənov dayanırdı. Amma…

 

Əmması odur ki, bir neçə məmur-filan uzaqlaşdırılsa da, əsas nüvə qalmaqda davam edir. Hətta bu gün dünyada Fətullah Gülənin mediası, deputatı, bankı… və s var.
Söhbət banklardan düşmüşkən, məşhurlardan biri deyir ki, dünyanı banklar vasitəsilə MAFİYA idarə edir.
Bəli, banklar bu gün dünyada söz sahibidir, nə siyasi partiya-filan…
Belə banklardan biri də… vaxtilə Avni Dəmirçinin rəhbərlik etdiyi bankdır.
Və neçə illərdir ki, fəaliyyət göstərən bu bankın başında Avni Dəmirçi adında birisi oturub.
Hər dəfə Avni Dəmirçiyə deyirik ki, bizim sən adda problemimiz yoxdur, biizm məqsədimiz dövlətimizin maraqlarını qorumaqdır.
Dəfələrlə xatırlatmışıq ki, vaxtilə Azərbaycanda İranın “Royalbank”ı fəaliyyət göstərirdi. 2012-ci ildə həmin bankın lisenziyası ləğv edildi və bankın filial müdirləri həbs edildi.
“Royal Bank”-ın sahibi olan Əli Cam isə Azərbaycandan qaça bildi. Onun barəsində Azərbaycanın hüquq-mühafizə orqanları axtarış elan etdi.
Düzdür, 8 il sonra, yəni 2020-ci ildə Əli Cam həbs olunaraq Azərbaycana gətirildi və Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv olunan “Royal Bank”ın direktoru Cam Fuad və atası, bankın Müşahidə Şurasının sədri Əli Camın cinayət işi üzrə məhkəmə prosesi oldu. Və ata-oğul külli miqdarda mənimsəmə və vergidən yayınma maddəsi ilə həbs edildilər.
Bu məsələnin rəsmi tərəfidir. Əslində isə böyük miqdarda çirkli pulların yuyulmasından söhbət gedirdi.
Görəsən xarici bir bankda bu boyda cinayət əməlləri baş verəndə Mərkəzi Bank bunu görmürdü ?
Mütləq 10 il gözləmək lazım idi ?
Görəsən, “Royal Bank”la Kənd Təsərrüfatı Nazirliyi arasındakı sövdələşmələr, maxinasiyalar niyə araşdırılmadı ?
Bütün bunları yazmaqda məqsədimiz odur ki, eyni proseslər neçə ildir ki, ölkəmizdə fəaliyyət göstərən bəzi banklarda da baş verir.
Bankın keçmiş “patronu” olan Avni Dəmirçinin əməlləri barədə xeyli vaxtdır yazılır.
Qısa xatırlatma üçün qeyd edək ki, Avni Dəmirçi Türkiyənin düşməni Fətullah Gülənin tərəfdarlarından biri olub.
Bu adam hətta ölkəmizdəki qardaş Türkiyə səfirliyinin rəsmi tədbirlərinə qatılmır.
Ancaq radikal dinçilərin tədbirlərində başda əyləşib Fətullah Gülənə təriflər deyir.
Bu adam Bakıda oturub milyonlar qazanır və onun barəsində tənqidi yazılar yazan media orqanlarını məhkəmə yolu ilə susdurmaq istəyir.
Bu adamdan dəfələrlə media vasitəsilə soruşmuşuq ki, sən bu əməllərinin bircəsini Türkiyədə etsəydin bilirsən səni nə gözləyərdi ?
Hətta çıxış yolu da göstərmişik ki, bu adam ölkəmizdən deport olunmalıdır. Amma ortada nəticə yoxdur.
Gündəlik-Bakının araşdırmaları nəticəsində bəlli olub ki, Avni Dəmirçi ilə 2020-ci ildə HMO-nun həbs etdiyi Faiq Bağırov arasında ciddi biznes əməkdaşlığı olub.
Söhbət Azərbaycanın Türkiyədəki keçmiş səfiri, Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi Faiq Bağırovdan gedir.
Məlumdur ki, Faiq Bağırov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törədildikdə), 308.1-ci (vəzifə səlahiyyətlərini aşma) və 311.3.2-ci (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunub.
Faiq Bağırovun kimlərlə yaxın qohum olması isə başqa bir yazının mövzusudur.
Bəli, Avni Dəmirçi Faiq Bağırovla eyni əməllərin iştirakçısı olub.
Bütün bunlar azmış kimi, Avni Dəmirçinin Alpaslan Çakarla da ciddi əlaqələri olduğu deyilir.
Söhbət Türkiyə Banklar Birliyinin və Türkiyə Ziraat Bankı-nın idarə heyətinin sədri Alpaslan Çakardan gedir.
Məlumat üçün qeyd edək ki, Çakarın sədr olduğu Türkiyə Ziraat Bankı “Ziraat Bank Azərbaycan”ın 99% səhm payına sahib əsas səhmdarıdır.
“Ziraat Bank Azərbaycan” ASC noyabr ayında 158 illik tarixini qeyd edəcək Türkiyənin Ziraat Maliyyə Qrupuna daxildir. Ölkə ərazisində Bakı, Gəncə və Sumqayıt şəhərlərində hazırda ümumi 6 filialı mövcuddur, yaxın günlərdə 7-ci filialının açılışı gözlənilir.
Biz Alpaslan Çakarın 1 MİLYARD dollar rüşvət məsələsi haqqında yazılan məqaləni oxumuşuq.
Təsəvvür edirsiniz, 1 MİLYARD DOLLAR rüşvət...
Bəli, Avni Dəmirçi Çakarın Azərbaycandakı nümayəndəsidir...Azərbaycanda isə....
P.S. Azərbaycanda kimki FETO-nun tərəfdarlarını müdafiə edir, kimki bizim ölkəmizdə pozuçuluq işləri görmək istəyir, kimki onları məhkəmələrdə müdafiə edir, hakimlərə təzyiq edir onların hər birinin olub-olanının, ən doğmalarının, başı ləçəklilərinin namusu, qeyrəti hamımız tərəfindən tapdalansın. Gedin başınıza papaq qoyun, gəzin.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. //gundelik-baku.com//

 

XalqXeber.Az