Bakıda oğru götürdüyü televizorla birgə özünü 5-ci mərtəbədən yerə ATDI

11:50 05-06-2022 369

Bakıda oğurluqda şübhəli bilinən kişi özünü yaşayış binasının 5-ci mərtəbəsindən yerə atıb.

 
Xalqxeber.az report-a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb. 1980-ci il təvəllüdlü Məcidov Nofəl Namaz oğlu Faiq Yusubov küçəsində yaşayış binasından televizor oğurlamaq istəyərkən qonşular onu görüb. N.Məcidov televizorla birgə özünü 5-ci mərtəbədən yerə atıb.

Ağır xəsarətlər alan yaralı təcili tibbi yardımın və Nərimanov rayon Polis İdarəsi əməkdaşlarının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.