"Azneft" rəhbərliyi HARA BAXIR? - "Dəfələrlə rəhbərliyə məlumat verilsə də..."

12:02 06-06-2022 180

"Azneft" İstehsalat Birliyinin bir qrup çalışanı sözügedən qurumun rəhbərliyinə müraciət ünvanlayıblar. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə narazı neftçilər "Azneft" İB-nin Baş direktorunun sosial məsələlər üzrə müavini cənab İkram Qurbanovdan hazırki acınacaqlı vəziyyətin nə zamana qədər davam edəcəyini soruşurlar.

 
Müraciət müəllifləri yazır: ""28 MAY" NQÇİ-nin 8 saylı və 5 saylı Dərin Dəniz Özülündə 2 ildi istilik-soyutma sistemi yoxdur. Keçən il qışda sistem sıradan çıxıb...

Qışda soyuğa əlac etmək olur, amma yay fəslində çox əziyyət çəkirik. Keçən il yayı bir təhər dözdük. Bizi əmin elədilər ki, düzələr. Amma indiyə kimi hələ də bir əlac etməyiblər. Hələ istilər tam düşməyib amma istidən otağa girib dincəlmək olmur. Gecə növbəsində çalışanlar gündüz yatmalıdır. İstidən dəmirlər qızır otaqda nəfəs almaq olmur.

Yorğun fəhlə normal yatıb dincələ bilmir. Dəfələrlə rəhbərliyə məlumat verilsə də, bu barədə bir əncam edən tapılmır. Biz dərdimizi kimə deyək... Niyə axı bu qədər biganə yanaşırlar işçilərə..."

İddia olunanlarlqa bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

 

XalqXeber.Az