FHN öz ehsanını yeyən dələduz sahibkara NECƏ DƏSTƏK OLUB? - HƏQİQƏTƏN DƏ...

12:14 06-06-2022 279

“Kaspian İnşaat MB” MTK rəhbəri Rafət Qəniyevin maşında yanaraq öldüyü haqda saxtakarlığa yol verməsində Fövqəladə Hallar Nazirliyinin də payı olub. Məlum olduğu kimi, şirkət rəhbəri aldadıb pulunu mənimsədiyi vətəndaşlardan yaxasını qurtarmaq üçün Sabirabad rayonunda öz maşınına heyvan sümükləri yığaraq maket düzəldib və avtomobilinə od vurub.

 
Bu minvalla inandırıb ki, guya özü maşında yanaraq ölüb. R. Qəniyev özünə başdaşı qoydurub, yas məclisi qurub və yaxınları da bu fırıldaqda iştirak ediblər. Yalnız 1 il sonra Yasamal rayonunda televizor alarkən şəxsiyyət vəsiqəsini təqdim edərkən yaxalanıb.

TİA. Az-ın xəbərinə görə, R. Qəniyevin maşında yanıb kül olmasını həmin dövrdə FHN də təsdiqləyib. Nazirliyin rəsmi saytında yerləşdirilən məlumatda həmin vətəndaşın maşında yanıb öldüyü qeyd olunub. Bu isə onu göstərir ki, FHN də şirkət rəhbərinin saxtakar əməlində iştirak edib. Çünki maşını söndürməyə gələn yanğınsöndürənlər asanlıqla müəyyən edə bilərdi ki, içində yanan canlı insandır, yoxsa heyvan sümükləridir.

Təbii ki, bu məsələdə tibbi eksertizanın da böyük yalanı və fırıldağa şərik olması diqqət çəkir. Göründüyü kimi dələduz MTK rəhbəri öz oyununa həm tibbi ekspertizanı, həm FHN-i alət edə bilib. Çox qəribədir ki, FHN hələ də rəsmi saytında məlumatı saxlayır.

Axı nə üçün FHN əməkdaşları maşının içində yanan canlının nə olduğunu müəyyən etməyiblər?! Məsələ ilə bağlı nazirliyin mətbuat xidmətinin açıqlamasını dərc etməyə hazırıq.



 

XalqXeber.Az