Ağdamın icra başçısı Sahil Babayevə ŞÜKÜR OXUTDURUR... - BU NƏDİ BELƏ?

13:06 07-06-2022 162

Son dövrlər deyəsən, məmurlar qazilərə, imkansız vətəndaşlara aşağılayıcı, laqeyd münasibət göstərəcəklərinə and içiblər. 

 
Sanki bivec və korrupsioner vəzifəli şəxslər həm də söz, veriblər ki, həssas təbəqənin əsəblərini tarıma çəksinlər. Ötən həftədən müzakirə edilən qazilərin qapı qırmağa məcbur qalaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olmasının ardınca, bu dəfə Ağdam rayon icra başçısı Vaqif Həsənov “performans” göstərib. Qazilərə görə rüsvayçı vəziyyətə düşən nazir Sahil Babayev və komandasının etdiklərinin hirsi soyumamış, indi Ağdam İH rəhbəri hörmətsizliyi ilə diqqət çəkib. TİA.Az məlumat verir ki, Ağdamın icra başçısı Vaqif Həsənovun azad olunmuş şəhərə, onun əhalisinə necə xidmət etdiyini bilmək istəsək, bu fotolar özü cavab vermiş olacaq. Dəyərli oxucular, diqqətlə baxın, icra başçısı oturub kresloda, qazi və əlil ayaq üstə… Sanki Qarabağı azad edən icra başçısıdır, onlar təşəkkürə gəlib. Bu qədər müştəbeh, təkəbbür, saymazlıq dövlət məmurunun dövlət tərbiyəsi alarkən kasadlığından xəbər verir. Qazi və əlil gələndə başçı olaraq hörmət əlaməti kimi ayağa qalxmaq, əl tutub görüşmək olardı. V. Həsənov isə elə bil kraldır, qəbuluna qullar gəlib. Elə bu pozada şəstlə fotolar da çəkdirib, keçirdiyi görüşü diqqət və qayğı kimi sırımağa çalışıb. Yaxşı, başçı əyləşibsə, qazilərə də oturmağı xahiş edə bilərdi. Ancaq onları hüzurunda ayaq üstə saxladıb, foto çəkdirib və yayıb. Sadəcə, rəzalət? Şərhə ehtiyac var?




 

XalqXeber.Az