Babək rayonunda fermerlər DAD DEYİR - "Nazirlik bir həftədir ki, suyu bağlayıb..."

16:50 08-06-2022 171

Babək rayon Nehrəm qəsəbə sakini Azər Nağızadə 3 hektarlıq əkin sahəsinin susuzluqdan qurutmaq üzrə olduğunu bildirir. Nehrəmin əkin sahələri su təlabatını əsasən Şahbuz rayonu ərazisindəki Vayxır gölü kimi yanın H. Əliyev adına su anbarı vasitəsi ilə təmin olunur. Şikayətçi deyir ki, bir həftədən artıqdır ki, Naxçıvan Kəndd Təsərrüfatı Nazirliyi anbardan gələn suyu bağlayıb:

 


"2-3 min manat xərcləyib, üç hektar ərazidə qarpız əkmişəm. İndi az qalır ki, susuzluqdan qurusun. Nazirlik bir həftədi suyu bağlayıb deyir ki, bir də iyunun 15-də açılacaq. Burada məqsəd nədir, anlamaq olmur. Göldə su var, niyə verməsinlər? Axı əkin dözmür susuzluğa. Özləri də bilir ki, qarpıza tez-tez su verilməlidir. Mənim sahəm artıq qurumağa başlayır. 2-3 günə su verilməsə, tam məhv olacaq. Bütün əməyim də, borc alıb əkin üçün xərclədiyim pul da batacaq".
Azər Nağızadə hesab edir ki, bu vəziyyətdən Naxçıvan rəhbərliyinin xəbəri yoxdur:
"Burdan birbaşa Ali Məclisin sədri cənab Vasif Talıbova müraciət edirəm, ondan xahiş edirəm. Qoy o işə qarışsın, bizim problem həll olunsun. Tək mən deyiləm, qarpız əkənlərin hamısı eyni vəziyyətdədir. Kasıb adamlarıq, Nehrəm camaatı əkin-biçinlə dolanır. Uşağınızın çörəyi əkindən çıxır. Belə getsə ziyana düşəcəyik, uşaqlarımız ac qalacaq".
Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyindən məsələyə münasibət bildirmək istəmədilər. //"Gündəlik Naxçıvan"//

 

XalqXeber.Az