Kolxozun dəstəyi ilə elm adamına çevrilən rektor... - ADAU-nu da kolxoz gözündə görür...

18:20 08-06-2022 180

"Bir əsrə yaxın yaşı olan Azərbaycan Dövlət Aqrar Universiteti daim dövlətin diqqət və nəzarəti altında olmuşdur. Bu universitetdə Azərbaycan Respublikasının ictimai, iqtisadi və siyasi inkişafında böyük rolu olan mütəxəssislər, aqrar sahə üzrə əmək qəhrəmanları və dahi alimlər yetişmişdir. Bu mütəxəssis və alimlər bu universitetin elmindən, təhsilindən bəhrələnərək tarixdə öz sözlərini demiş ziyalılarımız olmuşdur. Çünki bu ziyalılar universitetdə daim diqqət, sayqı və hörmət görmüşlər. Universitet rəhbərliyi bu insanların yetişməsində və çalışmasında daim yardımçı olmuşdur". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

 


Məqaləni dia.az olaraq bəzi ixtisarlarla təqdim edirik: "Lakin bu gün bunlar tamamilə yaddan çıxmışdır. Əgər İbrahim Cəfərovun tərcümeyi-halına diqqət yetirsəniz, görərsiz ki, bu insan 32 yaşında institutu qurtarıb. Özü də necə? Hazırlıq yolu ilə və kolxoz göndərişi ilə. Yəni, çətin və güzəştli yollarla. Ona görə də bu insan sanki sonradan görən şəxs kimi davranışlar sərgiləyir. Çox maraqlıdır, savadı olmayan, şübhəli yollarla müdafiə edən, kitabları və dissertantlarının dissertasiyaları plagiat olan bu insan birdən-birə necə akademik oldu? Moskvada aspiranturada rus dilində yazı yaza bilməyən İbrahim Cəfərovun əvəzinə mərhum diplom rəhbəri Sarif müəllim yazı yazaraq imtahan vermişdir. Dərc etdirdiyi kitab və dərsliklər plagiat olmaqla yöndəmsiz tərcümədir.
....Bu gün Azərbaycan Dövlət Aqrar Universitetinin bütün maşınları ona xidmət edir. Belə ki, universitetin 20–AE-386 seriyalı QAZ-31 markalı maşını (ailə maşınıdır, deyirlər) onun ailəsinə xidmət edir.
Əgər İbrahim Cəfərovun rəhbərliyi dövrünə nəzər salsaq, görərik ki, bir nəfər belə onun rektorluğu dövründə elmlər doktoru dissertasiyasını müdafiə edə bilməmişdir. Hətta müdafiə etmək istəyən (elmlər doktoru proqramı üzrə) müəllimlərə mane olur. İbrahim Cəfərovun rektorluğu dövründə bir çox qabiliyyətli və savadlı müəllimlər buradakı işindən imtina edib, Gəncə Dövlət Universitetinə və Azərbaycan Texnologiya Universitetinə getmişlər. (Nəcəf Qurbanov, Zakir Əhmədov, Afiyəddin Məmmədov, Qalibə Məmmədova və s. qeyd etmək olar). Onların əvəzinə isə ancaq savadsız gəncləri 8-10 min manat müqabilində rüşvət alaraq işə götürmüşdür. İşə qəbul üçün nə müsabiqə, nə konkurs, nə müsahibə, nə də sərbəst mövzuda çıxış belə dinlənilmir. Çünki pul bütün bunların hamısını əvəz edir.
İbrahim Cəfərov bütün imtahan sessiyalarında min oyun çıxardaraq ancaq pul toplamaq üçün yollar axtarır. Demək olar ki, rüşvət almağa patent verilsəydi, bu gün onun patentlərinin sayı-hesabı yox idi. Hətta tələbələrin yekun yaradıcılıq işi kimi, aldığı təhsilin nəticəsi kimi diplom, buraxılış işlərini ləğv etmiş və həyasızcasına ildə hər tələbədən 500-600 manat (tək özü) rüşvət toplamağı bacarmışdır. İclasların bir çoxunda "istədiyim bir əməliyyatı edib, oradan 100 min manat götürə bilərəm" deyir (bəzən də kimdənsə rüşvəti alır, sonra deyir ki, balası ölsün bunun bir stəkan suyunu içənin). İndi də bəzi dekanlara küçə söyüşü qoyur ki, dövlət imtahanına pul yığmayın, bəzilərinə isə pul yığmaqla bağlı gizli tapşırıq vermişdir. İqtisadiyyat fakültəsində Asəf deyilən “kaşelyok” ləqəbli dekan var. İndi ona 600 manatdan pul yığmaq tapşırığı verilib. O biri dekanlara isə tələbəni kəsin və sonra həll edərsiniz deyirlər.
Sanki rektor İbrahim Cəfərov Aqrar Universitetə öz həyətindəki “pul quyusu” kimi baxır".

Bu ğaır ittihamlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

 

XalqXeber.Az