MOİK-in sabiq rəisi Rəşad Quliyev də HƏBS OLUNA BİLƏR - Nəcməddin Sadıqovun kadrının BAŞI DƏRDDƏ…

18:21 08-06-2022 243

Bir neçə gün öncə rəsmi xəbər yayıldı ki, Mərkəzi Ordu İdman Klubunun sabiq rəhbəri Elxan Məcidov hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

 

O, külli miqdarda rüşvət almaqda və digər cinayət əməllərində təqsirləndirilir.
Elxan Məcidova Cinayət Məcəlləsinin 311.3.3-cü maddəsi ilə ittiham irəli sürülüb.
Bakı Hərbi Məhkəməsində Elxan Məcidov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Rəsmi məlumatdan bəlli olur ki, Elxan Məcidov xidmət etdiyi dövr ərzində, çoxsaylı hərbi qulluqçuların külli miqdarda rüşvət müqabilində əsassız olaraq Mərkəzi Ordu İdman Klubuna köçürülməsi, qanunsuz aylığa buraxılmasını təmin etməkdə təqsirli bilinir.
Onu da qeyd edək ki, Elxan Məcidovun əvvəllər Azərbaycan Ordusunun sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkovun köməkçisi kimi işlədiyi bildirilir.
Bura qədər rəsmi məlumat.
Biz başa düşürük ki, müdriklər demişkən, çox şeyin zamana ehtiyacı var. Amma…
Əmması odur ki, bu cür dələduz və rüşvətxorların nazı ilə illər uzunu, hətta on illər oynamağa dəyməzdi.
Çünki bu illər ərzində yüzlərlə, bəlkə də minlərlə cinayət əməlləri baş verib, kimlərinsə hüququ tapdalanıb, dövlətin imicinə zərbə dəyib və s.
Bu qədər zamanı itirməyə dəyərdimi..?
Axı, həmişə deyirik ki, ən azı 6-7 kanaldan yuxarılara informasiya ötürülür.
Əgər media orqanı olan Gündəlik-Bakı neçə ildir yazır ki, Nəcməddin Sadıkovun “şayka”sının üzvü olan MOİK-in rəisi işləmiş, Rəşad Quliyev milyonları rüşvət yolu ilə qazanıb.
Bu adam adi bir dövlət məmuru olsa da Badamdardakı "Olive Garden" restoranının dəyəri milyonlarla ölçülür.
Niyə bir dövlət qurumu soruşmur ki, bu qədər sərvət, bu qədər əmlak haradandır səndə, cənab Rəşad Quliyev..?
Niyə Hərbi prokurorluq bununla maraqlanmır..?
Axı, Gündəlik-Bakı olaraq bu çirkli pulların mənbəyini də illər uzunu göstərmişik.
Bəs niyə bir dövlət qurumu Rəşad kimi, rəisləri çağırıb sorğu-sual eləmədi..?
Bəli, biz yazdıq ki, 44 günlük Zəfər savaşından sonra Müdafiə Nazirliyində, ümumiyyətlə, Milli Orduda ciddi təmizləmə prosesi getməlidir.
Biz uzun müddət yazırdıq ki, Rəşad Quliyev MOİK-i rüşvət və korrupsiya yuvasına çevirib.
Təsəvvür edirsiniz, bu hərbi hissədə qulluq etməyin qiyməti nə az, nə çox, 40-50 min arasında olub. İndi bu rəqəmi vurun əsgərlərin sayına, sonra alınan nəticəni illərə vurun...və görün Rəşad Quliyev neçə milyonları qazanıb.
İndi özünüz düşünün, beləsini bağışlamaq olarmı..? Baxın, Rəşad Quliyev əvvəl kimə təzim edirdi, sonradan kimə sarı qaçdı? Biz onu bilirik.
Əslində bu rüşvətin mənbəyi məmurlar olub. Çünki hansı kasıb 40-50 min verib oğlunu MOİK-ə saldıra bilərdi.
Əslində məmur balaları MOİK-də hərbi xidmət keçmirdi, 100 minlik avtomobildə gəlib baş çəkib geri qayıdırdı.
Sözün qısası, Rəşad Quliyev bu illər ərzində milyonlara sahib oldu. Sonradan onun vəzifəsi bir az da böyüdü və Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində polkovnik rütbəsində, İdman kafedrasında idman rəisi kimi çalışdı.
Bu illər ərzində Rəşad Quliyev qazandığı milyonlar hesabına milyonluq obyektlərə, mülklərə, bahalı mənzillərə, avtomobillərə sahib oldu.
Yuxarıda qeyd etdiyimiz kimi Rəşad Quliyevin Badamdar qəsəbəsində 10 milyon dəyəri olan “Olive Garden” restoranı, villası var.
Söhbət təkcə Rəşad Quliyevdən getmir.
Gündəlik-Bakı olaraq rüşvətxor generallar barəsində yazdıqlarımız zaman-zaman öz təsdiqini tapır.
Azərbaycan Müdafiə Nazirliyi sistemində son 1 ildə baş verən həbslər son 30 illik müstəqillik dövrümüzdə olmayıb.
44 günlük Zəfər qələbəsindən sonra Müdafiə Nazirliyinin Baş Qərargah rəisi Nəcməddin Sadıkov, sonra isə ona yaxın olan general Xaqani Cəbrayılov zərərsizləşdirildi və Müdafiə Nazirliyi sistemindən uzaqlaşdırıldı.
Bu generalların biznes şəbəkəsi, mal-qara ferması, hərbi hissələrdəki mağazaları, 10 milyonluq villaları, MAXE biznesi, Müdafiə Nazirliyi sistemindəki maxinasiyaları barədə uzun-uzadı yazmağa ehtiyac hiss etmirik.
Elxan Məcidovdan əvvəl Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin rəisi, general-mayor Nizami Məmmədov həbs olundu. General-mayor Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə saxlanılıb.
Təsəvvür edirsiniz, 80 milyon mənimsəməyə görə.
Axı, Nizami Məmmədov barəsində dəfələrlə yazmışdıq.
Sonra Maliyyə İdarəsinin şöbə müdiri Rafael Xəlilov 10 milyon manat mənimsəməyə görə həbs olundu.
Daha sonra Bakı Hərbi Məhkəməsinin qərarı ilə Müdafiə Nazirliyinin QURU Qoşunlarının maliyyə şöbəsinin rəisi Bayram Bayramov həbs edilib. Bakı Hərbi Məhkəməsi bildirir ki, zabit 2 milyon 635 min manat pul mənimsəməkdə ittiham olunur.
Bu siyahını kifayət qədər uzatmaq olar.
Yaxşı bütün bunlar ortada olduğu halda MN-nin Maddi Texniki Təminat Baş İdarəsinin rəisi, general Nizam Osmanov niyə HƏBS olunmur?
Deyəsən növbə bu dəfə Rəşad Quliyevə və Nizam Osmanova çatır.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. //gundelik-baku.com//

 

XalqXeber.Az