Şirvanda həkimlər də əl-ayağa düşüb... - İDDİA

18:46 09-06-2022 324

Şirvan şəhər Mərkəzi Xəstəxanasında ölülərin adına sağlamlıq haqqında arayışlar verilməsi, boş bülletenlərin açılması, həmçinin xəstəxanada çalışan bəzi şəxslərin rüşvətxor əməlləri barəsində məlumatı təqdim etmişdik.

 


Məlumatlar yayımlanmaqla bərabər "DogruXeber.az" redaksiyası tərəfindən Azərbaycan Respublikasının Səhiyyə nazirliyi, Şirvan Şəhər Prokurorluğu və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) rəsmi müraciətlər göndərildi. TƏBİB-dən "DogruXeber.az"a bildirildi ki, "Artıq, Şirvan Şəhər Mərkəzi Xəstəxanasına məlumatlarla bağlı araşdırmalara başlanılıb. Nəticəsi barəsində məlumat veriləcək". Lakin, redaksiyamıza sözügedən xəstəxana ilə bağlı daha bir neçə məlumatlar da daxil olub. Məlumatda bildirilir ki, Şirvan Şəhər Mərkəzi Xəstəxanasının doğum şöbəsində rüşvətxorluq dərəcəsi pik həddə çatıb. Eyni zamanda xəstəxanada çalışan bəzi həkim və cərrahların sözügedən xəstəxananın direktoru Kamil Əhmədova, həmçinin digər bəzi yerli icra orqanlarına hər ay müəyyən məbləğ ödəməsi də daxil olan məlumatlarda yer alır.

Növbəti yayımlarımızda həmin cərrahların özlərinin və aylıq rüşvət ödədikləri qurumların adlarını açıqlayacagıq.

Yeri gəlmişkən onu da qeyd edim ki, 08.05. 2022-ci il tarixində Respublika Prokurorluğu tərəfindən əməliyyat keçirilib və bir neçə nəfər vəzifəli şəxslər saxlanılıb. Güman edirik ki, Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi və digər aidiyyatı üzrə dövlət qurumları Şirvan Şəhər Mərkəzi Xəstəxanası barəsində də qanuni tədbirlər görəcəkdir.
Mövzuya qayıdacağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır. //"DogruXeber.az"//

 

XalqXeber.Az