Rektor Əhməd Vəliyevin bankı ilə dövlət təşkilatı arasında QALMAQAL - "Muğanbank"da nə baş verir?

18:56 09-06-2022 216

“Muğanbank” ASC “Daşınar və Danışmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC-ni məhkəməyə verib.

 


İddia Bakı Kommersiya Məhkəməsinin hakimi Emin Əliyevin icraatındadır.

“Muğanbank”ın iddiası maddi ziyanın ödənilməsi ilə bağlıdır. “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC Respublika Xammal və Əmtəə Birjasının nəzdində fəaliyyət göstərir.

“Muğanbank” ASC-yə gəlincə, bankın payçıları aşağıdakı şəxslərdir:

Mehdiyev Elmir Maqbet oğlu - 63,50 %

Vəliyeva Vəfa Əhməd qızı - 12,05 %

Mehdiyev Maqbet Rəhim oğlu - 13,10%

Mehdiyeva Fəridə Cahandar qızı - 11.35 %

Elmir Mehdiyev keçmiş deputat, “Odlar Yurdu” Universitetinin rektoru Əhməd Vəliyevin kürəkəni, Vəfa Vəliyeva onun qızı, Maqbet Mehdiyevlə Fəridə Mehdiyeva isə qudalarıdır. Bu baxımdan, “Muğanbank” ASC Əhməd Vəliyevin hesab olunur. 32gun.az

 

XalqXeber.Az