"İstəyirsən get Amerika Səfirliyinə şikayət et", "Mənim haqqımda yazı gedən saytı məhv edərəm!!!" .. - Qazax Mərkəzi Xəstəxanasının maliyyə sektorunun müdiri Məmməd Namazov ....

19:07 09-06-2022 243

Qazax rayon Mərkəzi Xəstəxanasının maliyyə sektorunun müdiri vəzifəsində çalışan Məmməd Namazov adlı şəxs  "Azərinfo" saytının əməkdaşı Fəridə xanıma qarşı kobud davranaraq, onu təhdid edərək hədə-qorxu gəlib.

 

Belə ki, Fəridə xanım  vəzifə borcunu yerinə yetirərkən  daxil olan şikayətlə bağlı Məmməd Namazova sual ünvanlayıb, suala cavab almaq istəsə də çox təssüflər olsun ki, hədə-qorxu və təhdid ilə üzləşib.  Fəridə xanımın  halı pisləşib və həkimlərin köməyi ilə təcili tibbi yardım göstərilib. 
Namazovun özünə arxayın halda qışqıraraq  "Mənim haqqımda yazı gedən saytı məhv edərəm!!!"  deməsi çox güman ki, ya rüşvətlə yığdığı vəsaitin çoxluğundan, ya da ki, "krışasına" güvənindən irəli gəlir.
Bir neçə saat sonra özünə gələn Fəridə xanım mərkəzi xəstəxanadan çıxaraq,  dərhal  Qazax rayon Prokurorluğuna gedib ona qarşı  olunan təhdid və təhqirlə bağlı  Prokurorluqda izahat verib. 

Məmməd Namazovun bu qədər özgüvəni görəsən tutduğu vəzifədən irəli gəlir yoxsa arxasını söykədiyi məmurlara arxayınçılığından? 

Hörmətli Məmməd bəy! Unutmayın ki, qanun şahdlr, şah qanun ola bilməz! Odur ki, vəzifədən sui istifadə edib vətəndaşa qarşı  "İstəyirsən get Amerika Səfirliyinə şikayət et" deyərək  hədə-qorxu deyil, vətəndaşla vətəndaş kimi rəftar etmək lazımdır! 
Məsələ ilə bağlı Qazax Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Sevda Məmmədova ilə əlaqə saxladıq, Sevda xanım vacib tədbirdə olduğunu və bu məsələ ilə bağlı araşdırma edib məlumat verəcəyini söylədi.

Məsələni diqqətdə saxlayaraq qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Elnur Quliyev, ATİA.AZ

 

XalqXeber.Az