İdarə müdiri şəhid anasını təhqir etdi - Beyləqanda şok olay!

19:23 10-06-2022 558

Sözügedən Şəhid anası 44 günlük Vətən müharibəsinin qəhrəman şəhidimiz, Beyləqan rayonunun Kəbrli kəndinin şəhidi Rüstəmov Elnur İsmayıl oğlunun anasıdır.

 
Və Azim Kərimovla həmkəndlisidir.

Bəs buna Zaur Mikayılov nə deyəcək?

Meliorasiya və Su Təsərrüfatı ASC-nin Beyləqan SSİ-nin müdiri Azim Kərimov o qədər harınlayıb ki, hatta şəhid anasını belə soyub təhqir edir, otaqdan qovur. Özüdə bu oliqarxlaşma son 2 ildə özünü göstərir. Necə deyərlər, pul su kimi axır. Pulunun çoxluğundan gözü heç nəyi, heç kimi görmür. Pulun varlığı Azim Kərimovu o qədər harınladıb ki, şəhid anasına belə dil uzadır, ona əxlaqsıs, tərbiyəsiz deməyə belə dili dönür.

Əslində Azim Kərimovun Beyləqanda etmədiyi oyunlar yoxdur. Bircə şəhid anasına dil uzatmağı qalmışdı ki, onu da etdi. Şəhid anasının namusuna dil uzatdı, ona nələr qalmadı ki, deməsin. azyor.org

 

XalqXeber.Az