Almaniya Ukraynaya hərbi yardımı artırır

19:42 11-06-2022 315

Almaniya hakimiyyəti Ukraynaya yeddi ədəd özüyeriyən haubitsa və 30 Gepard özüyeriyən zenit silahı (ZSU) tədarük etmək niyyətindədir. 

 


Bunu Ukraynanın Almaniyadakı səfiri Andriy Melnik bildirib.

Eyni zamanda diplomat Berlini bir daha tənqid edib ki, indiyədək ağır silahlar Kiyevə çatdırılmayıb.

Diplomatın sözlərinə görə, Gepard adlanan özüyeriyən zenit sistemləri iki mərhələdə çatdırılacaq.