Allahşükür Paşazadə: “Azərbaycan dövləti erməni vətəndaşları üçün bütün şəraiti yaradacaq”

12:51 13-06-2022 279

“Azərbaycan multikultural dövlətdir. Ölkədə bütün dinlərin nümayəndələri azaddırlar, hər bir şərait yaradılıb”.

 


Xalqxeber.az xəbər verir ki , bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə REAL TV-yə müsahibəsində deyib.

A.Paşazadə qeyd edib ki, bu şərait erməni əsilli vətəndaşlar üçün də var: “Bakıda yaşayan ermənilər mövcud qanunlardan istifadə edirlər. Kilsələr təmir olunur, mədəniyyətləri, kitabları qorunur. Ermənilər xarici təsirlərə uymamalıdırlar. Bilsinlər ki, gec-tez Azərbaycan xalqı ilə birlikdə yaşayacaqlar. Azərbaycan onlar üçün bütün şəraiti yaradacaq. Şuşada məscid tikilirsə, kilsə də təmir olunur. Çağırış edirəm, ermənilər revanşist addımlardan əl çəksinlər”.