Milli Ön Ödəniş Terminalı vətəndaşların qəpiklərini mənimsəyir - Milli Ön Ödəniş Terminalı yoxsa Nəzir Qutusu?

18:05 13-06-2022 252

Milli Ön Ödəniş Terminalında yaranmış nöqsanlar hələ də həllini tapmayıb

 


"Leqal.info" xəbər verir ki, Milli Ön Ödəniş terminalında yaranmış qəpik problemi bu dəfə "Leqal.info" xəbər saytının əməkdaşı özü həmin halın canlı şahidi olub. Belə ki, əməkdaşımız Yasamal rayonu, Şərifzadə küçəsi ATS ilə üzbəüz sərnişin dayanacağında milli ön aparatı vasitəsilə Bakı Kart kartını aparata yaxınlaşdırıb 1 manat kağız pul yükləyib, aparat 1 manat ödənişin qəbzini verib, ancaq əməkdaşımız tərəfindən 60 qəpik dəmir pul ödəniş olunmasına baxmayaraq aparat tərəfindən dəmir pulun ödənilməsi barədə qəbzdə pul təsdiqlənməmişdir.
Maraqlıdır ki, vətəndaşlar çətinliklə qazandığı pulu niyə aparatda itirməlidir. Dəfələrlə bu kimi hallar təkrar olunsa da, mediada işıqlandırılsa da Milli Ön rəhbərliyi nədənsə biganə yanaşır. Yaranmış problem ilə əlaqədar Milli Ön Ödəniş Terminalının Çağrı Mərkəzi ilə əlaqə saxlamağa çalışsaq da cəhdimiz baş tutmadı.

"Leqal.info"
P.S. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.


 

XalqXeber.Az